"Şəki yaylası"ndan trosun qırılması ilə bağlı açıqlama: "Təcrübəyə tam malik deyilik" - VİDEO
İki nəfərin ölümü ilə gündəmə gələn "Şəki yaylası" istirahət mərkəzi ziplayn xətlərinin qırılması ilə bağlı iddialara cavab verib.
Oxu.Az xəbər verir ki, mərkəzin "Instagram" səhifəsində hadisə ilə bağlı açıqlama yayımlanıb.
Açıqlamada əvvəlcə hadisə zamanı həyatını itirən Ucal Bayramov və Coşqun Məmmədova Allahdan rəhmət, ailələrinə səbir dilənilib.
İstirahət mərkəzindən bildirilib ki, ziplayn xətlərində hər hansı qırılma baş verməyib:
"Gördüyünüz kimi, ziplayn xətlərində heç bir qırılma yoxdur. Xətlər tamamilə sağlamdır və öz yerlərindədir. Bu xətlər çox hündürdən keçdiyi üçün həmin məsafələrdə və hündürlüklərdə sərt küləklər, burulğanlar ola bilir. Bu burulğanlar xətlərdə dalğalanmalar yaradır. Nəticədə xətlər böyük yük altında olmasına baxmayaraq, öz yataqlarından çıxıb".
Mərkəzdən qeyd olunub ki, xətlərin bağlantıları beton konstruksiyaların içərisində yerləşən dəmir hissələrə bərkidilir və mütəmadi yoxlanılır.
Açıqlamada ziplayn avadanlıqlarının İtaliya istehsalı "Megazip" markalı olduğu, istifadə edilən qoşqu və kəmərlərin isə müvafiq sertifikatlara malik olduğu bildirilib.
İstirahət mərkəzinin nümayəndəsi hadisə zamanı hər iki gəncin eyni anda həyatını itirməsinin səbəbini də açıqlayıb:
"Xətlərin biri gəliş, biri gediş nöqtəsindədir və eyni qülləyə bağlıdır. Bu dalğalanma hər iki xətt üzərində olduğu üçün hər iki hadisə eyni vaxtda, fərqli iki xəttin üzərində baş verib".
Bildirilib ki, istifadə olunan karabinlər ikiqat kilid sisteminə malikdir və onların öz-özünə açılması mümkün deyil. Hər birinin 1 000 kiloqrama qədər yükdaşıma qabiliyyətinə malik olduğu qeyd edilib.
Mərkəzdən iddia olunub ki, qəza zamanı avadanlıqlarda qırılma və ya çıxma baş verməyib:
"Heç bir avadanlıqda qırılma və ya çıxma baş verməyib, sadəcə yaranan dalğa bu mexanizmi xəttin üzərindən atıb".
İstirahət mərkəzindən ziplaynın Azərbaycanda nisbətən yeni və ekstremal idman növü olduğu və hadisənin səbəbləri ilə bağlı istehsalçı şirkətə də sorğular göndərildiyi vurğulanıb:
"Bilirsiniz ki, bu, Azərbaycanda yenilikdir, ekstremal idman növüdür və burada təcrübəyə tam malik deyilik. Çox təəssüf ki, belə acı təcrübələr başımıza gəldiyi üçün hansı təhlükəsizlik tədbirlərinin artırılmalı və necə davranılmalı olduğunu bu acı təcrübə ilə öyrəndik".
Sonda istirahət mərkəzindən faciəyə görə üzr istənilib və belə hadisələrin bir daha təkrarlanmaması üçün tədbirlərin görüləcəyi bildirilib:
"Deyilən heç bir söz, verilən heç bir açıqlama o gəncləri həyata qaytarmayacaq. Yaranan bu dəhşətli faciəyə görə cəmiyyətdən, rəhmətə gedənlərin ailələrindən üzr istəyir, bu tip hadisələrin ölkəmizdə bir daha təkrarlanmaması üçün əlimizdən gələni edəcəyimizə söz veririk".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 178 Tarix: 11 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-də
11 sentyabrXəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ baş verib. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 05:52-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib
10 sentyabrMinaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey
10 sentyabr"Şəki yaylası"nın sahibini hansı CƏZA GÖZLƏYİR?
Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsinə dair yeni təfərrüat ortaya çıxıb. Hadisənin kanatın trosunun qırılması nəticəsində deyil, asılqanlı diyircəyin trosdan çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı kanatdan istifadə edə
9 sentyabrTəhsildə süni intellektdən istifadə şagirdlərə necə təsir edəcək? - AÇIQLAMA
Süni intellekt təhsil prosesində həm şagirdlər, həm də müəllimlər üçün yeni imkanlar yaradır. Azərbaycanda da süni intellekt əsaslı adaptiv öyrənmə sistemlərinin tətbiqi ilə şagirdlərə fərdiləşdirilmiş tədris imkanlarının yaradılması nəzərdə tutulur. Bəs, süni intellekt şagirdlərin və müəllimlərin tədri
10 sentyabrHəmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video
Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel
10 sentyabr"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video
"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli
9 sentyabrUniversitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur
Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib. "Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik al
11 sentyabr