Eyni ərazi, fərqli qiymət: Əmlak qiymətlərini nə müəyyənləşdirir?

Eyni ərazi, fərqli qiymət: Əmlak qiymətlərini nə müəyyənləşdirir?Eyni ərazidə yerləşən və oxşar xüsusiyyətlərə malik evlərin qiymətləri belə bir-birindən ciddi fərqlənə bilər. Burada təmirin səviyyəsi, sənədlərin tamlığı, torpağın hüquqi statusu, evin tikinti keyfiyyəti, yerləşdiyi küçə, nəqliyyat və infrastruktura yaxınlıq kimi amillər mühüm rol oynayır.

Bəs, daşınmaz əmlakın qiymətini müəyyənləşdirən əsas amillər hansılardır, eyni ərazidə yerləşən evlərin qiymətləri niyə kəskin fərqlənə bilər və alıcı üçün evin qiymətinə ən çox təsir edən hansı xüsusiyyətlərdir?
Eyni ərazi, fərqli qiymət: Əmlak qiymətlərini nə müəyyənləşdirir?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, daşınmaz əmlakın eyni ərazidə fərqli qiymətlərlə təklif olunmasının bir neçə səbəbi var.

"İlk növbədə, bu, mənzillərin müvafiq sənədləri ilə bağlı ola bilər. Məsələn, eyni ərazidə bir binanın çıxarışı ola bilər, digər binanın isə müvafiq qəbul aktı və ya çıxarışı olmaya bilər. Uzun müddət yaşayış olan, lakin çıxarışı olmayan binalar problemli bina hesab oluna bilər və belə binalarda mənzillərin qiyməti daha aşağı ola bilər. Digər səbəb bəzi binaların daha nüfuzlu və prestijli olmasıdır. Eyni ərazidə bir bina adi, digəri isə daha prestijli və tanınmış ola bilər. Bu halda həmin binalardakı mənzillərin qiymətləri də fərqlənir".

Ekspert bildirib ki, təmir vəziyyəti də qiymətə ciddi təsir göstərir:

"Bundan başqa, bəzi mənzillər standart xüsusiyyətlərdən fərqlənə bilər. Məsələn, sonuncu mərtəbədə yerləşən, panoraması olmayan, obyektin üzərində yerləşən, yaxud teras və balkon sahəsi həddindən artıq böyük olan mənzillər ola bilər. Dəhliz sahəsinin çox böyük olması da mənzilin xüsusiyyətlərinə təsir göstərir. Belə mənzillərin likvidliyi daha aşağı olduğuna görə qiymətləri eyni binadakı digər mənzillərdən aşağı ola bilər. Praktika göstərir ki, eyni ərazidə, hətta eyni binada olan mənzillərin də qiymətləri fərqlənə bilər. Bəzən bu fərq mənzilin əşyalarla birlikdə satılması ilə bağlı olur. Məsələn, studiya mənzillər çox vaxt daxilindəki əşyalarla birlikdə satılır".

Onun sözlərinə görə, studiya mənzillərdə kvadratmetr üzrə qiymət böyük, məsələn, 4 və ya 5 otaqlı mənzillərlə müqayisədə daha yüksək ola bilər. Bəzi hallarda bu fərq 30-35 faizə qədər çata bilər.

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 85   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-də

11 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 05:52-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib

10 sentyabr
.

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey

10 sentyabr
.

"Şəki yaylası"nın sahibini hansı CƏZA GÖZLƏYİR?

Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsinə dair yeni təfərrüat ortaya çıxıb. Hadisənin kanatın trosunun qırılması nəticəsində deyil, asılqanlı diyircəyin trosdan çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı kanatdan istifadə edə

9 sentyabr
.

Təhsildə süni intellektdən istifadə şagirdlərə necə təsir edəcək? - AÇIQLAMA

Süni intellekt təhsil prosesində həm şagirdlər, həm də müəllimlər üçün yeni imkanlar yaradır. Azərbaycanda da süni intellekt əsaslı adaptiv öyrənmə sistemlərinin tətbiqi ilə şagirdlərə fərdiləşdirilmiş tədris imkanlarının yaradılması nəzərdə tutulur. Bəs, süni intellekt şagirdlərin və müəllimlərin tədri

10 sentyabr
.

Həmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video

Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel

10 sentyabr
.

"Bu hadisə milyonda bir belə olmur, şokdayıq" - "Şəki yaylası"nın direktoru

Ötən gün "Şəki yaylası" istirahət mərkəzində kanatın qırılması nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı mərkəzin direktoru Abbasət Məhərrəmov açıqlama verib. "Qafqazinfo" xəbər verir ki, direktor "Shimal.News"a danışarkən hadisənin şokunda olduğunu bildirib. "B

9 sentyabr
.

"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video

"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli

9 sentyabr
.

Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur

Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib. "Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik al

11 sentyabr