Şadlıq saraylarında qida təhlükəsizliyi ilə bağlı vəziyyət çox acınacaqlıdır - AÇIQLAMA

Şadlıq saraylarında qida təhlükəsizliyi ilə bağlı vəziyyət çox acınacaqlıdır - AÇIQLAMAToy və yas mərasimlərində çox sayda insana eyni anda qida hazırlanması zəhərlənmə riskini artırır. Xüsusilə ət, toyuq, balıq, yumurta, mayonezli salatlar, düyü və kremli məhsulların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyenaya və çarpaz çirklənmənin qarşısının alınmasına ciddi diqqət yetirilməlidir.

Bəs, toy və yas mərasimlərində çox sayda insana qida hazırlanarkən zəhərlənmələrin qarşısını almaq üçün hansı əsas təhlükəsizlik qaydalarına əməl olunmalıdır, xüsusilə qidaların hazırlanması, saxlanması və süfrəyə verilməsi zamanı hansı risklərə diqqət edilməlidir?
Şadlıq saraylarında qida təhlükəsizliyi ilə bağlı vəziyyət çox acınacaqlıdır - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, restoranlarda, xüsusilə şadlıq saraylarında qida təhlükəsizliyi ilə bağlı vəziyyət çox acınacaqlıdır.

"Bu gün həmin restoranlarda saxlanılan və bir toydan digərinə ötürülən qidalarla bağlı nə qədər danışsaq da, saxlanma şəraitinə və məhsulların qonşuluğuna dair tələblərə lazımi şəkildə əməl olunmur. Restoranlarda əsas məqsəd menyudan mümkün qədər çox gəlir əldə etməkdir. Müştərilərə 80, 90, 100 manat və daha yüksək qiymətə menyular təklif olunur. Bu menyularda göstərilən məhsulların həqiqətən qeyd olunan məhsullarla eyni olub-olmadığı, onların hazırlanmasında və süfrəyə təqdim edilməsində hansı gigiyenik şərtlərə əməl edildiyi araşdırılmalıdır".

Ekspert bildirib ki, restoranların mətbəxlərində monitorinq aparılarsa, oradakı antisanitar vəziyyətin də şahidi olmaq mümkündür:

"Çöldən hər şey gözəl görünə bilər: müxtəlif çilçıraqlar, işıqlar, süfrələr, qab-qacaq və dekorasiyalar. Lakin bunun arxasında antisanitar şəraitdə hazırlanan yeməklər dayana bilər. Müxtəlif göyərtilərlə salatların bəzədilməsi süfrəyə gözəl görüntü verməklə yanaşı, yeməklərin hansı şəraitdə hazırlandığı sualını aradan qaldırmır. Məsələn, bəzi restoranlar 35-50 manatlıq menyularda quzu və toyuq kababı, mal əti, dana basdırması, lüləkabab, balıq kababı və müxtəlif içkilər təklif edir. Bu zaman menyuda dana əti göstərilirsə, həmin məhsulun həqiqətən dana əti olub-olmadığının müəyyənləşdirilməsi üçün laborator analizlərin aparılıb-aparılmadığı sual doğurur. Eyni məsələ lüləkababa da aiddir. Onun tərkibinin, istifadə olunan ət, yağ və piyin keyfiyyətinin araşdırılması vacibdir".

Onun sözlərinə görə, kütləvi qida zəhərlənmələrinin əsas səbəblərindən biri də məhsulların saxlanma şəraitinin normalara uyğun olmamasıdır:

"Bəzən eyni soyuducuda balıq, göbələk, hazır salatlar və digər məhsullar saxlanılır və növbəti toylarda istifadə olunur. Ət, toyuq, su və digər qidaların da uyğun olmayan şəraitdə bir yerdə saxlanılması mümkündür. Temperatur rejiminə əməl edilmədikdə məhsulların tərkibində dəyişikliklər baş verə və bu da insanların zəhərlənməsinə səbəb ola bilər. Bu kimi məsələlərlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müəyyən addımlar atması və konkret işlər görməsi vacibdir. Qida ekspertləri də bu prosesdə qurumun fəaliyyətinə müdaxilə etmək yox, əksinə, kömək etmək məqsədi daşıyırlar. Ekspertlərin məqsədi müəyyən problemlərin aradan qaldırılmasına dəstək olmaqdır və bunun qarşılığında hər hansı maddi və ya başqa gözləntiləri yoxdur".

Ekspert qeyd edib ki, yaxşı olar ki, Qida Təhlükəsizliyi Agentliyi ilə qida ekspertləri arasında qarşılıqlı anlaşma və əməkdaşlıq olsun. Qida təhlükəsizliyi ilə bağlı problemlərin həlli yalnız cərimələr üzərindən qurulmamalıdır.

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 76   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-də

11 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 05:52-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib

10 sentyabr
.

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey

10 sentyabr
.

"Şəki yaylası"nın sahibini hansı CƏZA GÖZLƏYİR?

Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsinə dair yeni təfərrüat ortaya çıxıb. Hadisənin kanatın trosunun qırılması nəticəsində deyil, asılqanlı diyircəyin trosdan çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı kanatdan istifadə edə

9 sentyabr
.

Təhsildə süni intellektdən istifadə şagirdlərə necə təsir edəcək? - AÇIQLAMA

Süni intellekt təhsil prosesində həm şagirdlər, həm də müəllimlər üçün yeni imkanlar yaradır. Azərbaycanda da süni intellekt əsaslı adaptiv öyrənmə sistemlərinin tətbiqi ilə şagirdlərə fərdiləşdirilmiş tədris imkanlarının yaradılması nəzərdə tutulur. Bəs, süni intellekt şagirdlərin və müəllimlərin tədri

10 sentyabr
.

Həmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video

Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel

10 sentyabr
.

"Bu hadisə milyonda bir belə olmur, şokdayıq" - "Şəki yaylası"nın direktoru

Ötən gün "Şəki yaylası" istirahət mərkəzində kanatın qırılması nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı mərkəzin direktoru Abbasət Məhərrəmov açıqlama verib. "Qafqazinfo" xəbər verir ki, direktor "Shimal.News"a danışarkən hadisənin şokunda olduğunu bildirib. "B

9 sentyabr
.

"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video

"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli

9 sentyabr
.

Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur

Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib. "Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik al

11 sentyabr