Oğlan tələbələrə bu səbəbdən kirayə ev VERİLMİR - AÇIQLAMA
Hazırda yeni tədris ili ərəfəsində bölgələrdən Bakıya gələn tələbələrin kirayə mənzil axtarışı yenidən gündəmə gəlib. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi, bəzi elanlarda isə yalnız qız tələbələrə üstünlük verildiyi müşahidə olunur.
Bəs, oğlan tələbələrin kirayə ev tapmaqda daha çox çətinlik çəkməsinin əsas səbəbləri nələrdir və tələbələrin cinsindən asılı olmayaraq yaşayış imkanlarında bərabərliyin təmin edilməsi üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, tələbələrin dərslərinin başlaması onların ev seçimi ilə bağlı müəyyən çətinliklər yaradır.
"Xüsusilə tələbə şəhərciyi və yataqxanası olmayan ali və orta ixtisas təhsil müəssisələrində bu problem daha çox hiss olunur. Bakı şəhərində evlərin kirayə qiymətləri və təhsil müəssisələrinə yaxın ərazilərdə uyğun mənzil tapmaq tələbələr üçün müəyyən çətinlik yaradır. Bu vəziyyət xüsusilə oğlan tələbələrə münasibətdə özünü daha çox göstərir. Çox zaman belə hallara rast gəlinir ki, kirayə evlər qız tələbələrə verilir, oğlan tələbələrə isə daha nadir hallarda üstünlük verilir. Bunun bir neçə səbəbi var. İlk növbədə, ev sahiblərində belə bir təsəvvür formalaşıb ki, qızlar yaşadıqları yerə daha səliqəli yanaşırlar".
Ekspert bildirib ki, digər tərəfdən, qız tələbələrin valideynləri daha tez-tez onlara baş çəkir və evdə qaz, su və digər təhlükəsizlik məsələlərinə nəzarət edirlər:
"Bəzən valideynlər bir neçə gün tələbənin yanında qalır, ona gündəlik məsələlərdə, o cümlədən yemək hazırlamaqda dəstək olurlar. Bir neçə qızın birlikdə ev kirayələdiyi hallarda da onların valideynlərindən birinin müəyyən müddət həmin evdə qalması mümkündür. Bundan əlavə, bəzi hallarda qız tələbələr ev sahibinin yaşadığı eyni həyətdə, hətta eyni mənzildə ayrıca otaqda qalırlar. Bu amillər də ev sahiblərinin qız tələbələrə üstünlük verməsinə səbəb olur".
Onun sözlərinə görə, oğlan tələbələrlə bağlı isə ev sahiblərində fərqli təsəvvürlər formalaşıb:
"Bəzi hallarda oğlanların siqaret çəkməsi, müxtəlif neqativ vərdişlərə meylli olması, aralarında mübahisə və dava-dalaşların baş verməsi, evdə təhlükəsizlik qaydalarına əməl etməmələri ilə bağlı hallar olur. Bütün bunlar ev sahiblərində oğlan tələbələrə mənzil verməklə bağlı müəyyən narahatlıq yaradır. Bəzi hallarda oğlan tələbələrin kirayə haqqını vaxtında ödəməməsi, daha çox səs-küy yaratması, gec saatlarda evə gəlməsi və gec yatması da qonşular arasında narazılığa səbəb ola bilir. Bu kimi hallar birlikdə formalaşaraq ev sahiblərinin oğlan tələbələrə mənzil verməkdə tərəddüd etməsinə, qız tələbələrə isə daha çox üstünlük verməsinə gətirib çıxarır. Təbii ki, burada ev sahibini məcbur etmək olmaz. Mən düşünürəm ki, bu, daha çox gender məsələsi deyil. Söhbət ev sahibinin öz mənzilinin daha təhlükəsiz və etibarlı şəkildə istifadə olunmasına çalışmasından gedir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
Türk bayrağına tüpürən ingilis turist həbs edildi
Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
Sahildə gənc qızın fotosunu çəkən kişi tutulanda görün nə dedi - VİDEO - VİDEO
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
İllər sonra ekranlara qayıdan aktrisanı heç kəs tanımadı
Yeni "iPhone 18" bu qiymətə satılacaq -Fotolar
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK