Yeni təhsil qanununun qəbulu təklif edilir

Yeni təhsil qanununun qəbulu təklif edilirAzərbaycanda ali təhsil sahəsində indiyədək qaldırılan və əsaslı hesab olunan məsələlərin nəzərə alınması üçün yeni təhsil qanununun hazırlanmasına ehtiyac var.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, xüsusilə magistr və doktorantura təhsili ilə bağlı məsələlər nəzərə alınmaqla, ali təhsil haqqında qanuna yenidən baxılmasının vaxtı çatıb.

"Ali təhsil haqqında qanuna yenidən baxmağımızın zamanı gəlib. Ya dəyişiklik formasında, ya da yeni qanun formasında", - deyə deputat bildirib.

Vasif Qafarov magistratura təhsilində peşə və tədqiqat istiqamətlərinin fərqləndirilməsinin vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, dünya təcrübəsində magistr təhsili artıq iki istiqamət üzrə həyata keçirilir və peşə istiqaməti üzrə magistratura bir il, tədqiqat istiqaməti üzrə isə iki il davam edə bilər.

O bildirib ki, tədqiqat istiqamətində təhsil alan magistrlər magistr dissertasiyası müdafiə edir, peşə istiqamətində təhsil alanlar isə dissertasiya müdafiə etmir, birbaşa dərslərdə iştirak edir, imtahan verərək müvafiq dərəcə əldə edirlər.

Deputat Azərbaycanda magistratura üzrə plan yerlərinin müəyyənləşdirilməsi məsələsinə də yenidən baxılmasının vacib olduğunu deyib.

"Bizdə magistr təhsilində bu qədər plan yerinin müəyyənləşdirilməsinə birinci növbədə ehtiyac yoxdur. Çünki tələb ilə təklif arasında balans pozulub", - deyə o vurğulayıb.

Vasif Qafarov qeyd edib ki, Azərbaycanda magistratura təhsili ilə bağlı müraciət edənlərin sayı plan yerlərinin sayından 3-4 min nəfər azdır. Onun sözlərinə görə, bu il də təxminən 3-4 min plan yeri boş qalıb.

Deputat bildirib ki, bir sıra universitetlərdə eyni ixtisaslar üzrə magistratura plan yerləri müəyyənləşdirilib. Lakin həmin ali təhsil müəssisələrinin bəzilərində magistr hazırlığı aparmaq və magistrantlara dərs demək üçün kifayət qədər pedaqoji heyət yoxdur.

Onun sözlərinə görə, bəzi universitetlərdə elmi dərəcəsi olmayan müəllimlərin magistrantlara dərs deməsi hallarına da rast gəlinir.

"Kifayət qədər universitetlərimizdə, xüsusilə də özəl universitetlərdə elmi dərəcəli kadrların sayı yetərli qədər deyil. Bu balans da pozulub. Bəzi hallarda professorlar və elmlər doktorları magistr hazırlığında iştirak edir və dərs deyirlər. Bununla yanaşı, elmi dərəcəsi olmayan müəllimlərin də magistr hazırlığında dərs deməsi halları mövcuddur. İkipilləli doktorantura sistemi məsələsinin də yenidən nəzərdən keçirilməsinin zamanın tələbi olduğunu bildirib.

Azərbaycan Avropa təhsil sisteminə inteqrasiya edir, bakalavr və magistratura təhsilini qəbul edib, eyni zamanda Sovet dövründən qalan ikipilləli doktorantura sistemini də saxlayır.

Biz həm Avropa təhsil sisteminə inteqrasiya edirik, bakalavr, magistr təhsilini qəbul etmişik, eyni zamanda Sovetdən qalma ikipilləli doktoranturanı da saxlamışıq. Elm və təhsil idarələrinə bu məsələnin dəyişdirilməsi ilə bağlı kifayət qədər müraciətlər daxil olur və bununla bağlı ictimai tələbin formalaşdığı müşahidə edilir. İkipilləli doktorantura sisteminin ləğv edilərək dünya standartlarına keçilməsi məsələsinə baxılması məqsədəuyğundur.
Elm və təhsil idarələrində kifayət qədər müraciətlər var, sanki bir ictimai tələb var ki, bu ikipilləli doktorantura ləğv olunmalıdır, biz dünya standartına keçməliyik", - deyə deputat vurğulayıb.

İkipilləli doktorantura məsələsinə növbəti sessiyada və ya sonrakı sessiyada baxılacaq.

Vasif Qafarov ümumilikdə təhsil sahəsində mövcud məsələlərin kompleks şəkildə nəzərə alınması üçün yeni qanunun hazırlanmasının zəruri olduğunu deyib: "Yeni bir təhsil qanununa ehtiyac var ki, indiki dövrə qədər səsləndirilən və qaldırılan, haqlı görünən məsələlərin hamısını yeni təhsil qanununda nəzərə alaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 189   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, universitetin Hüquq fakültəsinə 600-dən yuxarı bal toplayara

11 sentyabr
.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində

İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları

10 sentyabr
.

Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları

Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql

10 sentyabr
.

31° isti... - Sabahın havası

Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq

10 sentyabr
.

"80-lər" trendinə qoşulanlara ciddi xəbərdarlıq: Məlumatlarınız oğurlana bilər!

Sosial mediada sürətlə yayılan "80-lər" trendi şəxsi məlumatların təhlükəsizliyi və rəqəmsal məxfiliklə bağlı müzakirələrə səbəb olub. Türkiyənin Şəxsi Məlumatların Mühafizəsi Qurumunun (KVKK) yaydığı açıqlamada istifadəçilərə süni intellekt tətbiqləri vasitəsilə fotoşəkillərin işlənməsi il

11 sentyabr
.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Qarabağ Universitetini ziyarət etmək istəyirlər

Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Qarabağ Universitetini ziyarət etmək istəyir. xəbər verir ki, bunu komitə sədri Anar İsgəndərov komitənin bugünkü iclasında deyib. O qeyd edib ki, bu məsələni qışa saxlamadan yaxın müddətdə reallaşdırmaq lazımdır: "Mən artıq rektorla da danışmışam"

11 sentyabr
.

Qolları olmadığı üçün anasının imtina etdiyi körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi

Bakıda anasının imtina etdiyi körpənin fiziki məhdudiyyətləri yalnız qolları ilə bağlı olmayıb. -ın əldə etdiyi məlumata görə, iyunun 27-də dünyaya gələn körpənin ayaqları da inkişafdan qalıb. Həmçinin uşağın barmaqları bitişikdir. Məlumata görə, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki məhdudiyyə

10 sentyabr
.

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-də

11 sentyabr
.

Sabah 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var

11 sentyabr