Torpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA

Torpaq sürüşmələri niyə artıb? - AÇIQLAMASon günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazidə aparılan tikinti işləri də təsir göstərə bilər. İqlim dəyişikliklərinin yaratdığı qeyri-sabit hava şəraiti isə bəzi bölgələrdə sürüşmə təhlükəsini daha da artıra bilər.

Bəs, torpaq sürüşmələrinin qarşısını almaq üçün riskli ərazilərdə hansı tədbirlər görülməlidir və tikinti işləri aparılarkən hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır?
Torpaq sürüşmələri niyə artıb? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, torpaq sürüşmələrinə təsir edən əsas amillərdən biri intensiv və qısamüddətli yağışlardır.

"Azərbaycanın Qax, Şəki, Zaqatala, İsmayıllı, Şamaxı və Ağsunun müəyyən əraziləri sürüşməyə meyllidir. Uzunmüddətli və həddindən artıq yağıntılar torpağın su ilə doymasına və nəticədə sürüşmələrin baş verməsinə səbəb ola bilər. Digər amillərdən biri çaylarda suyun səviyyəsinin artmasıdır. Çayların səviyyəsinin yüksəlməsi ətraf ərazilərdə torpağın su ilə yüklənməsinə və sürüşmə riskinin artmasına səbəb ola bilər. Son dövrlərdə yağıntılardan sonra Bakı şəhərinin Badamdar və Bayıl ərazilərində də torpaq sürüşmələri baş verib".

Ekspert bildirib ki, şəhər ərazilərində digər əsas səbəblərdən biri kanalizasiya və mərkəzləşdirilmiş kanalizasiya sistemlərinin olmaması ilə bağlıdır:

"Çirkab suların ərazilərə axıdılması torpağın nəmlənməsinə və sürüşmə üçün əlverişli şəraitin yaranmasına səbəb ola bilər. İqlim dəyişikliyinin də bu prosesdə böyük təsiri var. Qlobal temperaturun artması nəticəsində şiddətli yağışların həcmi artır. Yağıntıların müddəti qısa olsa da, böyük həcmdə suyun yerə düşməsi torpağın suya doymasına və sürüşmə riskinin artmasına səbəb olur. Ümumdünya Meteorologiya Təşkilatının proqnozlarına görə, yaxın payız və qış aylarında intensiv yağıntıların müşahidə olunması gözlənilir. Bu da sürüşmə riskini artıra bilər".

Onun sözlərinə görə, müxtəlif ölkələrdə baş verən sürüşmələrin nəticələri arasında fərq əsasən qabaqlayıcı tədbirlərlə bağlıdır:

"Avropa ölkələrində sürüşmə təhlükəsi olan ərazilərdə elmi tədqiqatlar və monitorinqlər aparılır, proses daim izlənilir və qabaqlayıcı tədbirlər görülür. Məsələn, İsveçrədə dağətəyi ərazilərdə sürüşmə təhlükəsi yarandıqda insanlar əvvəlcədən həmin ərazilərdən təxliyə edilir. Bu səbəbdən insan itkisi və iqtisadi zərər daha az olur. Əsas məsələ sürüşmə baş verməzdən əvvəl, xüsusilə intensiv yağışlardan öncə erkən xəbərdarlıq sistemlərinin quraşdırılması və aktiv şəkildə işləməsidir. Əhali vaxtında məlumatlandırılmalıdır ki, insan itkisi və digər mümkün zərərlərin qarşısı alınsın. Payız aylarında yağışların intensivləşəcəyi nəzərə alınaraq, aidiyyəti dövlət qurumlarının bu istiqamətdə qabaqlayıcı tədbirlər görməsi vacibdir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 317   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, universitetin Hüquq fakültəsinə 600-dən yuxarı bal toplayara

11 sentyabr
.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində

İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları

10 sentyabr
.

Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları

Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql

10 sentyabr
.

31° isti... - Sabahın havası

Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq

10 sentyabr
.

"80-lər" trendinə qoşulanlara ciddi xəbərdarlıq: Məlumatlarınız oğurlana bilər!

Sosial mediada sürətlə yayılan "80-lər" trendi şəxsi məlumatların təhlükəsizliyi və rəqəmsal məxfiliklə bağlı müzakirələrə səbəb olub. Türkiyənin Şəxsi Məlumatların Mühafizəsi Qurumunun (KVKK) yaydığı açıqlamada istifadəçilərə süni intellekt tətbiqləri vasitəsilə fotoşəkillərin işlənməsi il

11 sentyabr
.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Qarabağ Universitetini ziyarət etmək istəyirlər

Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Qarabağ Universitetini ziyarət etmək istəyir. xəbər verir ki, bunu komitə sədri Anar İsgəndərov komitənin bugünkü iclasında deyib. O qeyd edib ki, bu məsələni qışa saxlamadan yaxın müddətdə reallaşdırmaq lazımdır: "Mən artıq rektorla da danışmışam"

11 sentyabr
.

Qolları olmadığı üçün anasının imtina etdiyi körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi

Bakıda anasının imtina etdiyi körpənin fiziki məhdudiyyətləri yalnız qolları ilə bağlı olmayıb. -ın əldə etdiyi məlumata görə, iyunun 27-də dünyaya gələn körpənin ayaqları da inkişafdan qalıb. Həmçinin uşağın barmaqları bitişikdir. Məlumata görə, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki məhdudiyyə

10 sentyabr
.

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-də

11 sentyabr
.

Sabah 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var

11 sentyabr