Şəxsi brend formalaşdırarkən çox paylaşım etmək daha vacibdir, yoxsa konkret sahə üzrə tanınmaq? - AÇIQLAMA
Sosial mediada şəxsi brend yaratmaq istəyənlər üçün əsas məqsəd yalnız çoxlu paylaşım etmək və izləyici toplamaq deyil.
İstifadəçinin hansı mövzu ilə yadda qalması, auditoriyanın ona niyə güvənməsi və təqdim etdiyi məzmunun digərlərindən nə ilə fərqlənməsi də mühüm rol oynayır.
Bəs şəxsi brend formalaşdırarkən çox paylaşım etmək daha vacibdir, yoxsa konkret sahə üzrə tanınmaq?
Sosial media eksperti Fərid Kazımzadə mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verib:
"Hazırda şəxsi brend qurmaq istəyən insan üçün sadəcə çox paylaşım etmək kifayət etmir. Əsas məsələ müəyyən mövzu və ya istiqamət üzrə auditoriyanın yaddaşında yer tutmaqdır. İnsan sizin profilinizə daxil olduqda sizi konkret olaraq nə ilə əlaqələndirdiyini bilməlidir. Məsələn, bir şəxs maliyyə, digəri moda, psixologiya, idman və ya texnologiya mövzusunda davamlı və keyfiyyətli məzmun təqdim edirsə, zamanla həmin sahə üzrə tanınmağa başlayır.
Bu o demək deyil ki, paylaşım tezliyi əhəmiyyətsizdir. Davamlılıq sosial mediada görünürlüğü qorumaq və auditoriya ilə əlaqəni saxlamaq baxımından vacibdir. Lakin hər gün çoxlu sayda, bir-birindən fərqli və təsadüfi məzmun paylaşmaq şəxsi brendi gücləndirmək əvəzinə, əksinə, onun kimliyini zəiflədə bilər.
Şəxsi brend üçün daha sağlam yanaşma "çox paylaşmaq" yox, "düzgün mövzuda davamlı paylaşmaqdır". Bununla yanaşı, yalnız eyni tipli kontentlə məhdudlaşmaq da lazım deyil. Əsas mövzu qorunmaqla şəxsi təcrübə, gündəlik həyat, fikir və fərdi üslub da məzmuna əlavə edilə bilər. Bu, auditoriyanın həmin şəxsi sadəcə informasiya mənbəyi kimi deyil, müəyyən xarakteri və baxışları olan bir insan kimi tanımasına kömək edir.
Yəni şəxsi brendin dəyərini izləyici sayından çox, insanların sizi nə ilə tanıması və sizə hansı mövzuda müraciət etməsi müəyyən edir. Böyük auditoriya zamanla formalaşa bilər, amma əvvəlcə həmin auditoriyaya sizi izləmək üçün konkret səbəb vermək lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı
Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi
"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
İki illik viza aldığı ölkədə 2 həftə qala bilmədi: "Burdakı kişilərdə problem var" - VİDEO