Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?
Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən "Park Bulvar"da fəaliyyət göstərən "Çağ Baku" restoranı ilə bağlı "Real Azərbaycan"a narahatedici məlumat daxil olub.
Mənbənin iddiasına görə, restoranda gənclərin əyləncəsi zamanı qapalı məkanda fişənglərdən istifadə olunur. Əldə olunan video kadrlarda da əyləncə zamanı yandırılan fişənglərin ətrafa qığılcım saçdığı görünür.
Sözügedən görüntülər isə şəhərin mərkəzində, insanların sıx olduğu və böyük sərmayə hesabına inşa edilmiş "Park Bulvar" kimi məkanda təhlükəsizliklə bağlı ciddi suallar yaradır.
Mənbənin sözlərinə görə, bu halın hər gün təkrarlanması da iddia olunur. Əgər bu məlumat doğrudursa, qapalı məkanda pirotexniki vasitələrdən istifadə olunmasına hansı əsasla icazə verildiyi və bununla bağlı aidiyyəti qurumlardan rəsmi razılığın olub-olmaması sual doğurur.
"Real Azərbaycan" olaraq aidiyyəti qurumların məsələyə aydınlıq gətirməsini gözləyirik: "Çağ Baku" restoranında qapalı məkanda fişənglərdən istifadəyə icazə verilibmi və obyektin yanğın təhlükəsizliyi baxımından yoxlanışı aparılıbmı?
https://www.instagram.com/reel/DdJ4UdMgctL/?stkn=YXJxaXlsYmthbWVi
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 314 Tarix: 11 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dövlət bağçalarında yerlərin sayı artırılıb
"Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib
11 sentyabrTorpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA
Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazid
11 sentyabrYeni təhsil qanununun qəbulu təklif edilir
Azərbaycanda ali təhsil sahəsində indiyədək qaldırılan və əsaslı hesab olunan məsələlərin nəzərə alınması üçün yeni təhsil qanununun hazırlanmasına ehtiyac var. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında çıxışı zamanı deyib. O bildiri
11 sentyabrYeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale
11 sentyabrŞəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
11 sentyabr