Üzdə şişkinlik, dəridə səpkilər: Səbəb geyiminizdə gizlənə bilər - VİDEO

Üzdə şişkinlik, dəridə səpkilər: Səbəb geyiminizdə gizlənə bilər - VİDEOGeyindiyimiz paltarlar bəzən dərimizdə dərin izlər buraxır. Hətta üzdə və gözlərin ətrafında şişkinliyə gətirib çıxarır. Bəs bu əlamətlər hansı hallarda ciddi siqnal hesab olunur?

Mövzu ilə bağlı Baku TV-yə açıqlama verən allerqoloq Ramil Qocayev bildirib ki, bədənlə təmasda olan geyimlər və digər vasitələr orqanizmdə müxtəlif allergik reaksiyalar yarada bilər:

"Xüsusilə, geyimlərin tərkibindəki kimyəvi maddələrin və tünd rənglərin həddindən artıq olması bədənin müxtəlif nahiyələrində səpkilər, qızartılar, sulanmalar və gözətrafında quruluq kimi fəsadlara yol açır. Ümumiyyətlə, təmasda olduğumuz hər bir əşya allergiya mənbəyinə çevrilə bilər. Hər orqanizmin fərdi xüsusiyyətləri olduğu üçün reaksiyalar da müxtəlifdir. Burada həm yeni, həm də köhnə geyimlər əsas risk faktorları sırasındadır".

Həkim, xüsusilə, mövsüm dəyişikliyi zamanı diqqətli olmağı tövsiyə edib:

"Payızın gəlişi ilə uzun müddət saxlanılan yerlərdən çıxarılan geyimlərdə toz gənələri və ya müxtəlif mikroorqanizmlər məskən sala bilər. Bu da orqanizmdə asqırma, gözlərdə sulanma və qızartı ilə müşayiət olunan mövsümi allergik reaksiyalara səbəb ola bilər. Belə hallara daha çox yaz və payız fəsillərində rast gəlinir".(oxu.az)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 150   Tarix: 13 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz

Ay ərzində qazandığınız pulun hara xərcləndiyini bilmirsinizsə, ayın sonunda büdcənizin tükənməsi təəccüblü deyil. Bəzi gündəlik vərdişlər isə fərqinə varmadan xərclərin artmasına səbəb olur. xəbər verir ki, maliyyə mütəxəssislərinin fikrincə, büdcəni idarə etməkdə çətinlik çəkən insanların yol verdiy

13 sentyabr
.

Mətbəxdə ən çox elektrik "yeyən" cihaz

Hansı məişət cihazı elektrik enerjisi hesabını nəzərəçarpacaq dərəcədə artıra bilər? Məlum olub ki, söhbət yalnız soyuducu və ya mikrodalğalı sobadan getmir. xarici mediaya istinadən xəbər verir ki, soyuducu sutka ərzində fasiləsiz işləyir, paltaryuyan maşın mütəmadi istifadə olunur, soba isə həftəd

10 sentyabr
.

Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir

Evdə bəzi sadə əşyalardan düzgün istifadə etmək gündəlik xərcləri azaltmağa kömək edə bilər. Onlardan biri də termosdur. xəbər verir ki, termosdan istifadə xüsusilə çay və qəhvə kimi isti içkiləri gün ərzində dəfələrlə yenidən hazırlamaq ehtiyacını azalda bilər. İçkini bir dəfə hazırlayıb termosda saxlama

12 sentyabr
.

Köməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ

Rusiyanın Buryatiya Respublikasının Cida rayonunda kişi oğlunu ayının hücumundan xilas etməyə çalışarkən səhvən güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə oğul qoyun sürüsünü meşədən uzaqlaşdırmağa çalışarkən baş verib. Bu zaman meşədən çıxan ayı çobana hücum edib. O, qışqıraraq kömək istəyi

13 sentyabr
.

Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər

Gecə yuxudan oyanaraq su içmək bir çox insanın qarşılaşdığı haldır. Bəzən bu, sadəcə gün ərzində kifayət qədər maye qəbul edilməməsi ilə bağlı olur. Lakin gecələr davamlı susuzluq hissi bəzi sağlamlıq problemlərinin də əlaməti ola bilər. xəbər verir ki, gecə saatlarında tez-tez susamaq və su içmək ehtiyac

12 sentyabr
.

İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi

Dünyanın ən zəngin iş adamlarından biri olan İlon Maskın 13-cü övladının anası Eşli Sent-Klerə susması müqabilində 40 milyon dollar təklif edildiyi iddia olunub. -a istinadən bildirir ki, Sent-Kler bu təklifi qəbul etmədiyini açıqlayıb. Sent-Klerin sözlərinə görə, 40 milyon dollarlıq təklif Mask haqqınd

12 sentyabr
.

23 yaşında yazdığı mahnı rok əfsanəsinə çevrildi

Britaniyanın "Led Zeppelin" qrupunun məşhur "Stairway to heaven" mahnısı bu gün də rok tarixinin ən tanınmış kompozisiyalarından biri hesab olunur. xarici mediaya istinadən xəbər verir ki, mahnının sözlərini Robert Plant 23 yaşında yazıb. Səkkiz dəqiqədən çox davam edən "Stairwa

10 sentyabr
.

1 kiloqramı 40 manata satışa çıxdı - Görənlər inanmır...

Payızın ən faydalı və vitaminlərlə zəngin meyvələrindən biri olan narın qiyməti diqqət çəkir. Meyvəli/Wolt platformasında adi narın 500 qramı 18,90 manata təklif olunur. Bu isə hesablamaya görə 1 kiloqram narın qiymətinin 37,80 manat olduğunu göstərir. Eyni zamanda, satışda dənələnmiş narın 1 kiloqram

13 sentyabr
.

Alimlər LED lampaların yuxu rejimi və psixikaya zərərlərini açıqladılar

Amerikalı alimlərin rəhbərlik etdiyi beynəlxalq psixiatrlar qrupu parlaq diod (LED) lampaların psixi sağlamlıq üçün yarada biləcəyi təhlükələr barədə xəbərdarlıq ediblər. Mütəxəssislərin sözlərinə görə, bu cür işıq mənbələrindən gələn güclü mavi işıq melatonin hormonunun ifrazını ləngidir. Bu da öz növbəsind

10 sentyabr