Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə belə müəyyən olunur - AÇIQLAMA

Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə belə müəyyən olunur - AÇIQLAMAYetkin şəxsin azyaşlı ilə birlikdə cinayət törətməsi hallarında məsuliyyət məsələsi yalnız uşağın hadisədə iştirak edib-etməməsi ilə məhdudlaşmır. Azərbaycan Cinayət Məcəlləsinin 170-ci maddəsinə əsasən, 18 yaşına çatmış şəxsin yetkinlik yaşına çatmayanı aldatma, vəd və ya hədə-qorxu yolu ilə cinayətkar fəaliyyətə cəlb etməsi ayrıca cinayət hesab olunur.

Bəs, yetkin şəxsin yetkinlik yaşına çatmayanı cinayət törətməyə cəlb etdiyi hansı hallarda hüquqi baxımdan müəyyən edilə bilər, belə təsirin sübuta yetirilməsi zamanı uşağa verilən vədlər, hədə-qorxu, aldatma, təlimat və digər hərəkətlər necə qiymətləndirilir və yetkin şəxsin uşaqla birlikdə cinayət törətməsi hansı hallarda ayrıca məsuliyyət yaradır?
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə belə müəyyən olunur - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxslə birlikdə cinayət törətməsi özlüyündə və avtomatik olaraq yetkinlik yaşına çatmayan şəxsin cinayətkar fəaliyyətə cəlb edilməsi anlamına gəlmir.

"Bu məsələ üzrə hüquqi qiymətləndirmə aparılarkən yetkin şəxsin konkret hərəkətlərinin xarakteri, onun niyyəti və yetkinlik yaşına çatmayan şəxsə göstərdiyi təsirin məzmunu müəyyən edilməlidir. Cinayətkar fəaliyyətə cəlbetmə dedikdə, mahiyyət etibarilə yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxsin cinayət törətməsinə yönəlmiş iradəsinin formalaşdırılmasına və ya mövcud niyyətinin gücləndirilməsinə yönələn fəal davranışı nəzərdə tutulur. Bu təsir müxtəlif formalarda - təhrik etmə, inandırma, sövq etmə, hədə-qorxu, vəd, maddi və ya digər maraq yaratma, yetkinlik yaşına çatmayan şəxsin təcrübəsizliyindən və ya psixoloji xüsusiyyətlərindən istifadə etmə və digər üsullarla ifadə oluna bilər".

O, bildirib ki, belə təsirin mövcudluğunun müəyyən edilməsi üçün, ilk növbədə, cinayətin törədilməsi təşəbbüsünün kimdən irəli gəlməsi, cinayətin əvvəlcədən planlaşdırılıb-planlaşdırılmaması, tərəflər arasında cinayətlə bağlı razılaşmanın necə yaranması, yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxsə konkret tapşırıq və ya göstəriş verib-verməməsi, onun davranışının uşağın cinayət törətmək qərarına təsir edib-etməməsi araşdırılmalıdır:

"Sübutetmə baxımından isə yalnız yetkinlik yaşına çatmayan şəxsin və ya yetkin şəxsin ifadəsi ilə kifayətlənmək düzgün yanaşma olmaz. İşin konkret hallarından asılı olaraq şahid ifadələri, yazışmalar, telefon danışıqları, audio-video materiallar, elektron məlumatlar, cinayətin hazırlanması və törədilməsi ilə bağlı digər sübutlar, eləcə də tərəflərin cinayətdən əvvəlki və sonrakı davranışları qiymətləndirilə bilər. Bu sübutlar Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq əldə edilmiş və yol verilən sübutlar olmalı, onların məcmusu əsasında nəticəyə gəlinməlidir. Xüsusilə qeyd etmək istəyirəm ki, yetkinlik yaşına çatmayan şəxsin cinayətin törədilməsində iştirak etməsi ilə yetkin şəxsin onu cinayətkar fəaliyyətə cəlb etməsi eyni hüquqi məna daşımır. Birinci hal birgə iştirak məsələsi olduğu halda, ikinci halda yetkin şəxsin məhz yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə yönəltməyə dair qəsdinin və bu istiqamətdə konkret hərəkətlərinin müəyyən edilməsi tələb olunur".

Onun sözlərinə görə, belə işlərdə yalnız "cinayəti birlikdə törədiblər" faktına əsaslanaraq yetkin şəxsin uşağı cinayətkar fəaliyyətə cəlb etdiyi nəticəsinə gəlmək hüquqi baxımdan kifayət qədər əsaslı yanaşma hesab edilə bilməz:

"Hüquqi tövsif üçün yetkin şəxsin davranışı, qəsdi, təsirin üsulu, həmin təsirin nəticəsi və cinayətkar fəaliyyətə cəlbetmə ilə törədilmiş əməl arasındakı səbəbli əlaqə konkret sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan məsələnin dəqiq hüquqi qiymətləndirilməsi isə konkret işin faktiki halları və toplanmış sübutlar əsasında mümkündür".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 110   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə

16 sentyabr
.

Türkiyə-Azərbaycan Universitetində neçə tələbə təhsil alacaq?

2026-2027-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetində (TAU) ümumilikdə 289 tələbənin təhsil alacağı gözlənilir. Bu barədə Qaynarinfo-ya universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il universitetə 115 nəfəri qəbul olunub. Bu da ötən illə müqayisədə yeni tələbələrin sayınd

16 sentyabr
.

Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama

Bakıda 264 nömrəli məktəb-liseyin XI sinif şagirdlərinin sinif otağında elektron siqaretdən istifadə etməsi və həmin anların sosial şəbəkədə canlı yayımlanması ilə bağlı polis tərəfindən profilaktik tədbirlər görülüb. Bu barədə -ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini

16 sentyabr
.

Miras qoyan şəxsin borcları varsa, vərəsələr həmin borclara görə məsuliyyət daşıyırlarmı? - AÇIQLAMA

Vərəsəlik zamanı söhbət yalnız mərhumun əmlakının bölüşdürülməsindən getmir. Bəzən mirasla yanaşı, mərhumun banka, fiziki şəxslərə və ya digər şəxslərə olan borcları da vərəsələrin qarşısına çıxır. Bəs miras qoyan şəxsin borcları varsa, vərəsələr həmin borclara görə məsuliyyət daşıyırlarmı?. Mövzu il

14 sentyabr
.

"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

"Bakcell" abunəçilərinə internetdən rahat və çevik istifadə imkanı yaradan Wi-Fi internet paketlərini təqdim edir. Belə ki, "Bakcell"dən Wi-Fi modemini əldə edən abunəçilərə seçdikləri internet paketinin ilk abunəliyi çərçivəsində 100 GB-dək internet pulsuz təqdim olunur. Fərqli interne

15 sentyabr
.

İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər. Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmas

15 sentyabr
.

Ötən həftə 1348,9 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə sentyabrın 7-dən 13-dək 19 tank əleyhinə mina, 113 piyada əleyhinə mina, 426 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləm

14 sentyabr
.

Bəyin atası da idarə rəisi işləyib - Foto

Bakıda sentyabrın 12-də dəbdəbəli toyu baş tutan bəyin kimliyi məlum olub. yurd.media-ya istanadən xəbər verir ki, Sitarə adlı xanımla evlənən Nicat Qurbanov Dövlət Gömrük Komitəsinin (DGK) sabiq idarə rəisi Nüsrət Qurbanovun oğludur. DGK İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışmı

14 sentyabr
.

İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. "Qafqazinfo" -a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub. Videoda qız şagirdin uzun, manikurlu dırnaqları da diqqə

15 sentyabr