Bu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord

Bu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekordYaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib.

"Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına görə, sentyabrın 1-nə ölkədə 100 yaşdan yuxarı insanların sayı ötən illə müqayisədə 7914 nəfər artıb.

Uzunömürlülük göstəricilərində qadınların üstünlüyü xüsusilə diqqət çəkir. 100 ildən çox ömür sürənlərin 87,6 faizi qadınlardır.

2026-cı maliyyə ilində daha 54 min 294 nəfərin 100 yaşını qeyd edəcəyi gözlənilir. Bu da əvvəlki illə müqayisədə 1984 nəfər çoxdur.

Yaponiyanın ən yaşlı qadını Kiotoda yaşayan Fuyo Kişimotodur. 20 dekabr 1911-ci ildə anadan olan Kişimoto hazırda 114 yaşındadır. Ölkənin ən yaşlı kişisi isə 2 may 1914-cü il təvəllüdlü Hikaru Katodur və 112 yaşındadır.

Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı 1963-cü ildən etibarən qeydə alınır. Həmin il bu yaş qrupunda cəmi 153 nəfər olub. Onların sayı 1981-ci ildə 1000-i, 1998-ci ildə 10 mini, 2012-ci ildə isə 50 mini keçib.

Ölkə orta ömür uzunluğuna görə də dünyada seçilən ölkələrdəndir. 2025-ci ilin göstəricilərinə əsasən, Yaponiyada qadınların orta ömür uzunluğu 87,33 il, kişilərin isə 81,35 il təşkil edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 91   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Varşava hava limanında sərnişinlər təxliyə ediliblər

Varşavanın Frederik Şopen adına hava limanında sərnişinlər nəzarətsiz baqaj barədə məlumatlardan sonra terminalın bir neçə hissəsindən təxliyə ediliblər. xəbər verir ki, Polşa Sərhəd Mühafizə Xidmətinin mina təmizləmə mütəxəssisləri hadisə yerinə gələrək obyekti potensial təhlükə baxımından yoxlayıblar

16 sentyabr
.

Alimlər Yerin dərinliklərində suyun hələ 3 milyard il əvvəl mövcud olduğunu aşkar ediblər

Beynəlxalq geoloqlar qrupu suyun Yer kürəsinin dərin qatlarına nüfuz etdiyini və təxminən 3,1 milyard il əvvəl artıq vulkanik fəaliyyətə təsir göstərdiyini sübut edən dəlillər aşkar edib. "Report"un verdiyi məlumata görə, tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub. Adelaid

13 sentyabr
.

ABŞ fond indeksləri hərracı enişlə başa vurdu

ABŞ fond indeksləri bazar ertəsi günü neft qiymətlərinin artması və süni intellektin texnoloji və maliyyə perspektivləri ilə bağlı narahatlıqlar fonunda ticarətdə aşağı düşdü. xəbər verir ki, süni intellekt nəhəngi Anthropic-in baş direktoru Dario Amodei, həftəsonu təhlükəsizliklə bağlı narahatlıqla

15 sentyabr
.

"Əsrin tutulması" 2027-ci ildə baş verəcək: Hansı ölkələri qaranlığa qərq olacaq?

Dünya 2027-ci ildə möhtəşəm astronomik hadisəyə - qeyri-adi uzunmüddətli olması səbəbindən artıq "əsrin tutulması" adlandırılan tam Günəş tutulmasına hazırlaşır. Qaynarinfo xəbər verir ki, bu barədə "Digital Camera World" yazır. Hadisə 2 avqust 2027-ci ildə baş verəcək. Günorta vaxt

15 sentyabr
.

Britaniyada inflyasiya son 5 ayın maksimumuna çatıb

Böyük Britaniyada illik inflyasiya avqust ayında 3,1%-ə yüksəlib. xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsinin hesabatında deyilir. Bu, son beş ayda ən böyük artımdır və iyul ayındakı 2,9% artımı da üstələyir. İstehlak qiymətlərinin artımının əsas səbəbi, Yaxın Şərqdə yenidən başlaya

16 sentyabr
.

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini irəli sürüb

ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul etmək istiqamətində daha bir addım ataraq, yekun səsverməyə yol açan prosedur maneəsini aşıb. xəbər verir ki, müvafiq qətnamə 214 konqresmen tərəfindən səsə qoyulub, 211 nəfər əleyhinə çıxıb. Qanun layihəsi üzr

16 sentyabr
.

Rusiyada sabiq nazir axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkənin sabiq rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu axtarışa verib. xəbər verir ki, bu məlumatı "RIA Novosti" agentliyi nazirliyə istinadən yayıb. Daha əvvəl verilən xəbərlərdə Nikiforova qarşı cinayət işinin açıldığı bildirilirdi

13 sentyabr
.

WSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir

Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd

13 sentyabr
.

Rusiyadan Ermənistana təbii qaz tədarükü dayandırılacaq

Rusiya Federasiyasında planlaşdırılan profilaktik və təmir işləri ilə əlaqədar olaraq Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılacaq. xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC məlumat yayıb. "Rusiya Federasiyasında Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlaşdırıla

14 sentyabr