Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub.
"Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, həm də QR ödənişləri zamanı keçərlidir.
Beləliklə, ilin sonunadək tələbələr "BakıKart" üzrə nəqliyyat ödənişlərinə xərclədikləri məbləğin 10%-ni bonus şəklində gündəlik say limiti olmadan geri qazana biləcəklər.
Bilik Günü münasibətilə təqdim olunan yeni bonus imkanı tələbələrin gündəlik nəqliyyat xərclərinin müəyyən hissəsini geri qazanmasına şərait yaratmaqla yanaşı, "TələbəPlus" kartının gündəlik istifadəsi üzrə üstünlükləri də genişləndirir.
Qeyd edək ki, təhsil işçiləri üçün Təhsilin İnkişafı Fondu tərəfindən istifadəyə verilən "TələbəPlus" kartı ilə ictimai nəqliyyatdan istifadə zamanı da güzəştlər təqdim olunur. "TələbəPlus" istifadəçiləri "City Card" və "BakıKart" üzrə QR ödənişlərində 10% endirimdən yararlana bilirlər.
"TələbəPlus" kartı Təhsilin İnkişafı Fondu, "Kapital Bank" və "Visa" tərəfindən tələbələr üçün həyata keçirilən birgə layihədir. Kart tələbələrə nəqliyyatdan istifadə ilə yanaşı, müxtəlif xidmət və məhsullardan yararlanarkən bonus və endirim imkanları təqdim edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 155 Tarix: 16 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Onlayn oyunlar uşaqlar üçün CİDDİ TƏHLÜKƏ yaradır - AÇIQLAMA
Onlayn oyunlar uşaqlar üçün əyləncə və sosial ünsiyyət vasitəsi olsa da, bəzi platformalarda onların yaşına uyğun olmayan məzmun, aqressiv davranışları təşviq edən materiallar və müxtəlif təhlükəli çağırışlarla qarşılaşmaq mümkündür. Belə məzmun uşağın emosional vəziyyətinə, davranışına və gündəlik həyatın
15 sentyabrAzərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir
Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v
16 sentyabrMakiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16 sentyabrADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr
16 sentyabrMilli kimlik və vətən sevgisi: Gənc nəslin qarşısında duran mühüm vəzifə
"Gənc nəslin milli mənlik şüurunun formalaşdırılması və vətənpərvərlik hisslərinin gücləndirilməsi hər bir cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyan məsələlərdəndir. Çünki dövlətin davamlı inkişafı yalnız iqtisadi göstəricilər, müasir texnologiyalar və güclü institutlarla deyil, eyn
16 sentyabrSabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə
15 sentyabr