AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)
"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib.
Bu barədə Sonxeber.az-a səhmdar cəmiyyətindən bildirilib.
Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb.
Bakı-Aktobe-Bakı istiqamətində müntəzəm reyslər həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetirilir. Birbaşa uçuşlar iki ölkə arasında işgüzar əlaqələrin və turizm mübadiləsinin inkişafına, eləcə də qarşılıqlı səfərlərin daha rahat təşkilinə imkan yaradır.
Qazaxıstanın qərbində yerləşən Aktobe ölkənin mühüm sənaye və iqtisadi mərkəzlərindən biridir. Zəngin tarixi-mədəni irsi ilə seçilən region, eyni zamanda özünəməxsus təbiət abidələri ilə də diqqət çəkir. Aktobe vilayətində məşhur Aktolağay tabaşir dağları, Barxın qumları, Qarğalı su anbarı, eləcə də çoxsaylı tarixi və müqəddəs məkanlar yerləşir. Bu istiqamət həm işgüzar səfərlər edən, həm də Qazaxıstanın qərb bölgəsinin mədəniyyəti, tarixi və təbiəti ilə yaxından tanış olmaq istəyən sərnişinlər üçün əlverişli seçimdir.
Cari ildə Şımkent və Atıraunun ardınca Aktobeyə uçuşların başlanması milli aviadaşıyıcının Mərkəzi Asiyada marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Yeni reyslər, həmçinin Qazaxıstandan səyahət edən sərnişinlərə Bakı üzərindən aviaşirkətin digər beynəlxalq istiqamətlərinə çıxış imkanı da təqdim edir.
Aviabiletləri Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsi və ya mobil tətbiqi, həmçinin aviaşirkətin satış ofisləri və akkreditə olunmuş agentlikləri vasitəsilə əldə etmək mümkündür.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 127 Tarix: 17 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)
"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb
17 sentyabr"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16 sentyabrƏhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü
Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər
17 sentyabrAzərbaycanda zəlzələ oldu
Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib
16 sentyabr"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabrŞəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA
Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril
17 sentyabr