İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA

İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMABakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlama və bitirmə saatlarının fərqləndirilməsi nəqliyyat axınının pik saatlardan daha geniş zaman aralığına bölünməsi baxımından müzakirə olunan həllərdən biri ola bilər.

Bəs, çevik iş saatlarının tətbiqi Bakıdakı nəqliyyat sıxlığının azalmasına nə dərəcədə təsir göstərə bilər, işə başlama və bitirmə saatlarının fərqləndirilməsi pik saatlarda avtomobil və ictimai nəqliyyata düşən yükü azaltmaq üçün nə qədər effektiv həll ola bilər və bunun üçün hansı sahələrdə fərqli iş qrafiklərinin tətbiqi daha məqsədəuyğun olar?
İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Razil Nağıyev bildirib ki, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması üçün çevik iş saatlarının tətbiqi effektiv tədbirlərdən biri ola bilər.

"Burada əsas məqsəd avtomobillərin ümumi sayını azaltmaq deyil, eyni vaxtda yola çıxan nəqliyyat vasitələrinin sayını azaltmaq və pik saatlarda yaranan yükü gün ərzində daha geniş zaman intervalına yaymaqdır. Hazırda işə başlama və işdən çıxma saatlarının böyük hissəsinin eyni vaxta düşməsi səhər və axşam pik saatlarında həm avtomobil yollarında, həm də ictimai nəqliyyatda əlavə yüklənmə yaradır".

Ekspert bildirib ki, əgər müxtəlif müəssisə və təşkilatlarda iş saatları, məsələn, 08:00, 09:00 və 09:30 kimi fərqli vaxtlara bölünsə, insanların şəhər üzrə hərəkəti daha bərabər paylana bilər:

"Nəticədə müəyyən vaxt aralığında yollara çıxan avtomobillərin və ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı azala bilər. Bu yanaşmanın ictimai nəqliyyat baxımından da əhəmiyyəti böyükdür. Sərnişin axınının pik saatlarda həddindən artıq cəmlənməməsi avtobus və metroda sıxlığın azalmasına, avtobusların hərəkət intervalının daha stabil saxlanmasına və bəzi marşrutlarda pik saatlarda yaranan əlavə yükün idarə olunmasına imkan verə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 173   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr
.

Uşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildi

Uşaqlarda burun çəpərinin ağır əyrilikləri yalnız burun tənəffüsünün pozulmasına deyil, üz-çənə skeletinin inkişafına, yuxunun keyfiyyətinə və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. Lakin inkişaf etməkdə olan burunda ,yəni uşaqlarda aparılan əsassız və ya aqressiv septal cərrahiyyə gələcəkd

16 sentyabr
.

Otuz ildən Zəfərə, Zəfərdən Suverenliyə

Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab

17 sentyabr
.

Təranə Paşayeva: "Tələbənin psixoloji rifahı onun təhsil uğurunun mühüm tərkib hissəsidir" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında üçillik əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil alan gənclərin psixoloji rifahının dəstəklənməsi, psixoloji maarifləndirmənin genişləndirilməsi və gənclərin fərdi inkişafına yönəlmiş əməkdaşlığın gücləndirilməsin

16 sentyabr
.

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb

17 sentyabr
.

Əhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər

17 sentyabr
.

Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama

Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə

16 sentyabr
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16 sentyabr
.

"Leobank" kütləvi şikayət atəşinə tutuldu

Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi

16 sentyabr