"Kənd məhsulu" adı məhsulun yüksək keyfiyyətli olması demək deyil - AÇIQLAMA
Bazarda "kənd məhsulu", "təbii məhsul" və "ev məhsulu" adı ilə müxtəlif qida məhsulları satılır. İstehlakçı isə məhsulun həqiqətən kənd şəraitində hazırlanıb-hazırlanmadığını və təhlükəsizlik tələblərinə cavab verib-vermədiyini yalnız görünüş və dada əsasən müəyyən etməkdə çətinlik çəkə bilər.
Bəs, istehlakçı bazarda "kənd məhsulu" adı ilə satılan məhsulun həqiqətən təbii və keyfiyyətli olduğunu necə müəyyən edə bilər, yalnız görünüşünə və dadına güvənmək nə dərəcədə doğrudur və məhsul alarkən etiket, mənşə, saxlanma şəraiti, son istifadə tarixi və digər hansı göstəricilərə diqqət yetirilməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, "kənd məhsulu" adı məhsulun avtomatik olaraq təbii, ekoloji və ya yüksək keyfiyyətli olması demək deyil.
"İstehlakçı yalnız məhsulun görünüşünə, rənginə və dadına əsaslanaraq onun təhlükəsizliyini və istehsal şəraitini dəqiq müəyyən edə bilməz. Çünki bəzi keyfiyyət və təhlükəsizlik problemləri gözlə və dadla aşkar olunmur. Məhsul alarkən ilk növbədə etiket və qablaşdırmaya diqqət yetirmək lazımdır. Məhsulun adı, tərkibi, istehsalçı və ya satıcı barədə məlumat, istehsal və son istifadə tarixi, saxlanma şəraiti kimi məlumatların olub-olmaması yoxlanılmalıdır. Xüsusilə qablaşdırılmış məhsullarda etiket məlumatlarının tam və oxunaqlı olması vacibdir".
Ekspert bildirib ki, saxlanma şəraiti də mühüm göstəricidir:
"Məsələn, süd, qaymaq, pendir, ət, yumurta kimi məhsullar uyğun temperaturda və gigiyenik şəraitdə saxlanılmalıdır. Açıq şəkildə, günəş altında, tozlu və ya çirkli mühitdə satılan məhsulların alınması əlavə risk yarada bilər. Məhsulun görünüşündə kif, rəng dəyişməsi, seliklilik, şişmiş və ya zədələnmiş qablaşdırma, xoşagəlməz qoxu kimi əlamətlər varsa, onu almaqdan imtina etmək lazımdır. Lakin normal görünüş və dad məhsulun təhlükəsiz olduğuna tam zəmanət vermir. Mikroorqanizmlərlə çirklənmə və bəzi kimyəvi risklər məhsulda hiss olunmaya bilər".
Onun sözlərinə görə istehlakçı "kənd məhsuludur, deməli təbiidir" yanaşmasından uzaq durmalı, məhsulun mənşəyi, etiket məlumatları, satıcının etibarlılığı, gigiyenik və temperatur şəraiti, qablaşdırmanın vəziyyəti və istifadə müddətini birlikdə qiymətləndirməlidir. Şübhəli və mənşəyi məlum olmayan məhsullarda isə yalnız görünüşə və satıcının sözünə güvənmək düzgün deyil.
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır