Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA
Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndirilə bilər.
Bəs, şəxsiyyət vəsiqəsində həm ata, həm də ana adının göstərilməsi cəmiyyət və ailə münasibətləri baxımından hansı əhəmiyyət daşıya bilər, bu yanaşma gender bərabərliyinə və uşağın hər iki valideyninin hüquqi baxımdan daha bərabər şəkildə tanınmasına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, şəxsiyyət vəsiqəsinin formalaşdırılması və ona müxtəlif yeniliklərin əlavə edilməsi ölkəmizdə dünya təcrübəsi və müəyyən standartlar əsasında həyata keçirilir.
"Xüsusilə xarici pasportlar, kimliyi təsdiq edən sənədlər və şəxsiyyət vəsiqələri yüksək standartlar əsasında hazırlanır. Hazırda SİMA, myGov və digər tətbiqlər vasitəsilə şəxsin kimliyi və onunla bağlı geniş məlumatlar elektron sistemlərdə öz əksini tapır. Ailə qurduqdan sonra bəzi insanlar soyadlarını dəyişir, bəziləri isə əvvəlki soyadlarını saxlayır. Bəzi qadınlar isə həyat yoldaşının soyadı ilə öz soyadını yanaşı istifadə etməyi seçirlər. Yeni doğulan uşaqlarla bağlı isə indiyədək tətbiq olunan təcrübəyə əsasən, onun atasının adı və kimin övladı olması qeyd olunur. Təbii ki, uşaq həm ananın, həm də atanın övladıdır. Bu baxımdan qadınların da şəxsiyyət vəsiqəsində öz adlarının qeyd olunmasını istəməsi və övlad üzərində valideynlik hüququnun göstərilməsini arzulaması mənəvi baxımdan başadüşüləndir. Lakin şəxsiyyət vəsiqələrində valideyn məlumatlarının qeyd olunması ilə bağlı dünya təcrübəsinə nəzər saldıqda, bir çox ölkələrdə əsasən ata adı və soyadı ilə bağlı məlumatların istifadə olunduğu görünür".
Sosioloq bildirib ki, digər tərəfdən, valideynlər boşandıqda da hər iki tərəf yetkinlik yaşına çatmayan uşaq üzərində bərabər məsuliyyət daşıyır:
"Uşağın xaricə aparılması məsələsində də valideynlərin hüquq və məsuliyyətləri nəzərə alınır. Bu baxımdan, uşağın şəxsiyyət vəsiqəsində yalnız ata adının qeyd olunması ananın valideynlik hüquqlarını aradan qaldırmır. Azərbaycanda tətbiq olunan müasir şəxsiyyət vəsiqəsi müasir standartlara uyğun hazırlanmış sənəddir. Ona görə də uşağın həm atasının, həm də anasının adının şəxsiyyət vəsiqəsində qeyd olunmasına geniş ehtiyac olduğunu düşünmürəm. Hazırda informasiya sistemləri və məlumat bazaları o qədər inkişaf edib ki, yeni doğulan uşaq haqqında geniş məlumatlar elektron sistemlərdə əks olunur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinə əlavə məlumat daxil edilməsinə zərurət görmürəm. Bundan əlavə, inkişaf etmiş ölkələrin təcrübəsində də belə bir meyarın geniş yayılmadığını düşünürəm. Ailə və nəsil ağacı məsələsində isə ata xətti əsas götürülür, ana da bu prosesdə mühüm rol oynayır. Dünyada ailə qurduqdan sonra qadınların həyat yoldaşının soyadını götürməsi də ailə və nəsil xəttinin vahidliyinin qorunması ilə əlaqələndirilir".
Ekspert hesab edir ki, şəxsiyyət vəsiqəsində ana adının da qeyd olunması ailə institutunda müəyyən haçalanma və şaxələnmə prosesini sürətləndirə bilər:
"Buna görə də soyadla yanaşı həm ata, həm də ana adının qeyd olunmasına ehtiyac yoxdur. Müasir dövrdə informasiya sistemləri şəxs və onun valideynləri haqqında kifayət qədər geniş məlumatı özündə saxlayır. Mövcud yanaşmanın qorunması isə ailə institutunda nəsil xəttinin davamlılığının təmin olunmasına xidmət edən amillərdən biridir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır