20 Sentyabr: Azərbaycanın Dövlət Suverenliyinin Tam Bərpa Olunduğu Tarixi Gün

20 Sentyabr: Azərbaycanın Dövlət Suverenliyinin Tam Bərpa Olunduğu Tarixi GünXalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan və Ölkə Başçısı cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə qeyd edilən "20 Sentyabr" tarixi Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa olunmasını təcəssüm etdirən mühüm tarixi hadisədir.
Azərbaycan xalqı müstəqilliyinin bərpasından sonra qarşıya çıxan ən mühüm vəzifələrdən biri ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi olmuşdur. Uzun illər davam edən işğal nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində dövlət hakimiyyətinin və Konstitusiyanın hüquqi qüvvəsinin tam tətbiqi mümkün olmamışdır. Bu vəziyyət həm ölkənin dövlətçilik maraqları, həm də milyonlarla insanın fundamental hüquqları baxımından ciddi nəticələr doğurmuşdur. Azərbaycan dövlətinin rəsmi sənədlərində ərazi bütövlüyünün və suverenliyin bərpası dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təqdim edilmişdir.

Dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi olmuşdur. Müharibənin nəticəsində Azərbaycanın bir sıra şəhər, rayon və kəndləri işğaldan azad edilmiş, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə olunmuşdur. Belə ki, 2020-ci il hadisələri Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesinin əsas mərhələlərindən biri idi. 2020-ci il hadisələrindən sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri Qarabağ bölgəsində dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpası idi.

2023-cü il 19 sentyabr Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Həmin gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması və Konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror əməliyyatına başlanıldı. Əməliyyat cəmi 23 saat 43 dəqiqə davam etdi və sentyabrın 20-də başa çatdı. Nəticədə Azərbaycan Ordusu qarşısına qoyulan vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi və ölkəmizin dövlət suverenliyi tam bərpa olundu.

Əməliyyatın qısa müddətdə başa çatması Azərbaycan Ordusunun peşəkarlığını, hazırlığını və yüksək döyüş qabiliyyətini nümayiş etdirdi. Ağır relyef və əvvəlcədən hazırlanmış mühəndis istehkamlarına baxmayaraq, Azərbaycan Ordusu bütün istiqamətlərdə mühüm hərbi nəticələr əldə etdi. Əməliyyat nəticəsində 406 kvadratkilometr ərazi Azərbaycan Ordusunun nəzarətinə keçdi.

Əməliyyatın digər mühüm xüsusiyyəti isə mülki əhalinin qorunmasına xüsusi diqqət yetirilməsi idi. Azərbaycan hərbi birləşmələrinə Qarabağda yaşayan erməni əhalisinin zərər görməməsi ilə bağlı tapşırıqlar verilmiş, mülki şəxslər müxtəlif vasitələrlə xəbərdar edilmişdi. Qadınlar, uşaqlar, yaşlılar, fiziki məhdudiyyətli şəxslər və xəstələrə tibbi və digər yardımlar göstərilməsi üçün müvafiq tədbirlər görülmüşdü.

Uğurlu keçən əməliyyatlar nəticəsində Xocalı qatilləri və illərdir torpaqlarımızı əsarət altında saxlayan canilər də hüquq önündə cavab verməyə məcbur qaldılar. Qondarma rejimin üzvləri ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Ötən illər ərzində toplanmış təkzibolunmaz sübutlar və faktlar əsasında Ermənistan silahlı qüvvələri, həmçinin qanunsuz silahlı birləşmələr tərəfindən Azərbaycan xalqına qarşı cinayətlər törətmiş terrorçu dəstənin üzvləri layiqli cəzalarını alıblar. Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan qondarma rejim yaradaraq sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün tam qanuni hüquqa malikdir.

Bu hadisədən sonra Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin təmin edilməsi və Konstitusiyanın hüquqi qüvvəsinin bərqərar olması dövlətin rəsmi mövqeyində xüsusi tarixi əhəmiyyət daşıyan nəticə kimi qiymətləndirilmişdir.

Bundan sonra Prezident cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Dövlət Suverenliyi Günü təsis edilmiş və həmin vaxtdan hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bununla da, 20 Sentyabr Azərbaycanın müasir tarixində dövlətçilik, ərazi bütövlüyü və suverenlik anlayışlarının vəhdətini ifadə edən rəsmi tarixlərdən birinə çevrilmişdir.

Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın müasir dövlətçilik tarixində mühüm hadisələrin yaddaşda qorunmasına xidmət edir. Bu gün xalqın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenlik kimi fundamental dəyərlərə münasibətini ifadə edən əlamətdar tarixdir. Suverenliyin bərpası Azərbaycan cəmiyyətində dövlətçilik şüurunun, milli həmrəyliyin və tarixi yaddaşın əhəmiyyətini də ön plana çıxarmışdır. Dövlətin ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq proseslərinin həyata keçirilməsi də yeni mərhələnin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Ölkəmizdə Dövlət suverenliyinin və konstitusiya dəyərlərinin əhəmiyyəti 2025-ci ildə ayrıca diqqət mərkəzinə çəkilmişdir. Dövlət Başçısının 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Bu qərar Konstitusiyanın və dövlət suverenliyinin Azərbaycan dövlətçiliyindəki rolunun ictimaiyyətə çatdırılması, hüquqi maarifləndirmənin gücləndirilməsi və dövlətçilik tarixinin öyrənilməsi baxımından əhəmiyyətli addım olmuşdur.

20 Sentyabr Azərbaycan xalqının müstəqillik və dövlətçilik tarixinin mühüm səhifələrindən biri kimi yeni nəsillərə suverenliyin, ərazi bütövlüyünün, Konstitusiyanın aliliyinin və dövlət müstəqilliyinin əhəmiyyətini anlatmaq baxımından xüsusi məna daşıyır. Bütün Respublika ərazisində bu günün qeyd olunması həmçinin Azərbaycanın müasir tarixində mühüm rol oynamış şəhidlərin xatirəsinin yad edilməsini, Vətən uğrunda xidmət göstərmiş hərbçilərin və dövlət qurumlarının fəaliyyətinin xatırlanmasını və ölkənin ərazi bütövlüyü uğrunda aparılmış mübarizənin tarixi aspektlərinin öyrənilməsini əhatə edir.

Milli Məclisin deputatı
Pərvanə Vəliyeva


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 125   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021