Ağlayan qadının şikayəti böyük dələduzluq şəbəkəsini üzə çıxardı - 2 milyonluq köçürmənin qarşısı alındı - VİDEO

Ağlayan qadının şikayəti böyük dələduzluq şəbəkəsini üzə çıxardı - 2 milyonluq köçürmənin qarşısı alındı - VİDEOTürkiyənin Samsun şəhərində polis əməkdaşlarının ağlayan bir qadını görərək onunla maraqlanması nəticəsində böyük dələduzluq işi üzə çıxıb. Özlərini polis və prokuror kimi təqdim edən şəxslərin qadının evini satdıraraq 2 milyon 329 min lirəsini ələ keçirdiyi müəyyənləşib.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, qadının ifadəsindən sonra Samsun polisi araşdırmaya başlayıb və şübhəlilərin Şanlıurfanın Haliliye rayonundakı bağ evindən istifadə etdiyini müəyyən edib. Evdə təhlükəsizlik kameralarının quraşdırıldığı və ərazinin nəzarətdə saxlanıldığı aşkarlanıb.

Sentyabrın 15-də Samsun və Şanlıurfa polisinin birgə keçirdiyi əməliyyat zamanı bağ evinə daxil olan əməkdaşlar 3 şübhəlini saxlayıb. Əməliyyat vaxtı şübhəlilərin iki mobil telefonu pəncərədən həyətə atdığı müəyyən edilib. Telefonlar polis tərəfindən tapılaraq götürülüb.

Əməliyyat zamanı şübhəlilərin Ankarada yaşayan başqa bir qadınla telefonla danışdığı da üzə çıxıb. Həmin qadının daha əvvəl şübhəlilərə 1 milyon 500 min lirə göndərdiyi, bu dəfə isə daha 2 milyon lirə köçürməyə hazırlaşdığı müəyyənləşib. Lakin qadın telefon danışığı zamanı əməliyyat səslərini eşidərək şübhələnib və banka getməkdən imtina edib. Daha sonra polisə müraciət edən qadının da dələduzluğun qurbanı olduğu müəyyənləşib. Beləliklə, daha 2 milyon lirənin şübhəlilərə göndərilməsinin qarşısı alınıb.

Bağ evində aparılan axtarış zamanı 10 mobil telefon, 8 SIM kart, 2 planşet, noutbuk və kamera qeyd cihazı, həmçinin 56 ədəd Lyrica və Captagon olduğu ehtimal edilən 12 həb aşkarlanıb.

Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 9 şübhəli saxlanılıb. Hadisə ilə bağlı araşdırma davam edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 103   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021