Azərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri oldu

Azərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri oldu17 sentyabr tarixində Rumıniyanın Baia Mare şəhərinin meri Ioan Doru Denkuş və Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma sazişin imzanması haqqında niyyət protokolu imzalayıblar. Tədbir Baia Marenin Şəhər Günündə baş tutub. Tədbridə Azərbaycan ilə parlamentlərarası münasibətlərin inkişafına böyük töhfə verən Rumıniya Senatının Rumıniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, Maramureş vilayətinin senatoru Kristian-Auvqustin Nikulesku-Tsıqırlaş, Maramureş vilayətinin Vəkillər Kolleqiyasının sədri Florin Antrekut, Baia Mare şəhərinin merinin müavini İonut Pırvu və Azərbaycanın Rumıniyadakı Səfiri Qüdsi Osmanov iştirak ediblər. Baia Mare şəhərinin meri Ioan Doru Dăncuș çıxışında bildirib ki, bu təşəbbüs hər iki şəhər arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə imkan yaradacaq. Onun sözlərinə görə, təşəbbüs çərçivəsində yeni iqtisadi və investisiya imkanlarının təşviqi, biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, yerli administrasiyalar arasında birgə layihələrin həyata keçirilməsi, eləcə də mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, o niyyət protokolunun Baia Marenin Şəhəri Günündə imzalanmasını xüsusi rəmzi məna daşıdığını bildirib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxışında Xankəndinin qardaşlıq prosedurunun Avropada ilk olaraq Rumıniyanın Baia Mare şəhəri ilə başlanmasını təsadüf olmadığını qeyd edib. O, Azərbaycan ilə Rumıniya arasında dərin köklərə söykənən dostluq, tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətlərinin olduğunu, Rumıniyanın Azərbaycanın müstəqilliyini Avropada tanıyan ilk ölkə olduğunu vurğulayıb. Elçin Yusubov, həmçinin Qarabağın əsas mərkəz şəhəri olan Xankəndi üçün bu təşəbbüsün Avropa şəhərləri ilə yeni əməkdaşlıq imkanlarının açdığını qeyd edib. O, Azərbaycanın Xankəndi şəhərinin 30 il sürən işğaldan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə - dirçəliş, quruculuq və beynəlxalq əməkdaşlıq mərhələsinə qədəm qoymasının böyük əhəmiyyətini vurğulayıb.
Rumıniya Senatının Rumıniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, Maramureş vilayətinin senatoru Kristian-Auqustin Nikulesku-Tsıqırlaş parlamentlərarası dialoq çərçivəsində başlayan əməkdaşlığın regionlararası əməkdaşlığa çevrilməsini və iki ölkənin regionları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsini vacib hesab etdiyini bildirib. O, cəmi bir neçə ay əvvəl 4-cü Şuşa Qlobal Media Forumunda iştirak etdiyini, forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevlə dialoqda iştirak edib, ona Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında institusional dialoqun yenidən canlandırılması perspektivləri ilə bağlı sual ünvanladığını qeyd edib. Qarabağa səfər çərçivəsində həmçinin xüsusi nümayəndə Elçin Yusubov ilə görüş keçirdiyini xatırlayan senator, bu əməkdaşlığın nəticəsi olaraq Qarabağ və Maramureş regionlarının bir-birinə yaxınlaşdığını və hər iki bölgə üçün yeni imkanların yaradıldığını vurğulayıb.
Səfir Qüdsi Osmanov çıxışında Azərbaycan ilə Rumıniya arasında mövcud olan münasibətlər, xüsusən regionlararası əlaqələrin inkişafına yönəldilməsini nəzərdə tutan birgə layihələr barədə danışıb. O, Azərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri olan Rumıniyanın Baia Mare şəhərinin olmasını yüksək dəyərləndirərək, bunun Maramureş ilə Azərbaycan arasında konkret layihələrin, real imkanların və davamlı münasibətlərin başlanğıcı adlandırıb.
Tədbir yerli mediada geniş işıqlandırılıb.
Azərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri olduAzərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri olduAzərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri olduAzərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri olduAzərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri olduAzərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri oldu


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 148   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 29 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Sabah - sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü

17 sentyabr
.

Alla Axundova vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad

17 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Bakıda dini liderlərin mühüm görüşü: İlham Əliyev sülh və həmrəyliyin vacibliyini vurğuladı

Bakıda Türk dünyasının və Qafqazın dini liderlərini bir araya gətirən mühüm görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılar

17 sentyabr
.

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr

17 sentyabr
.

"Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?

Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış. Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş:

17 sentyabr
.

"Leobank" kütləvi şikayət atəşinə tutuldu

Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi

16 sentyabr
.

ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr

16 sentyabr
.

İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam

17 sentyabr