AZAL "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görüldü
"Azərbaycan Hava Yolları" AZAL (QSC) 2026-cı il "World Airline Awards" mükafatları çərçivəsində "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb.
Bu barədə Sonxeber.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, beynəlxalq hava nəqliyyatı reytinq təşkilatı "Skytrax"ın təşkil etdiyi mərasim sentyabrın 18-də Londondakı "The Langham" hotelində keçirilib. Mükafat aviaşirkətin donanmanın modernləşdirilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi və xidmətlərin təkmilləşdirilməsi vasitəsilə sərnişin təcrübəsini yaxşılaşdırmaq istiqamətində davamlı səylərinin göstəricisidir.
"Skytrax"ın baş icraçı direktoru Edvard Pleysted bildirib ki, AZAL Mərkəzi Asiya və MDB-də regional aviaşirkət xidmətləri sahəsində nümunəvi mövqeyini möhkəmləndirib: "Bu mükafat aviaşirkətin donanmasını və marşrut şəbəkəsini genişləndirməklə, eləcə də xidmət keyfiyyətini yüksəltməklə davamlı inkişafa sadiqliyini nümayiş etdirir".
Azərbaycan Hava Yollarının İdarə Heyətinin sədri Samir Rzayev isə qeyd edib ki, bu uğur hər gün fədakar əməyi ilə sərnişinlərin səyahət təcrübəsini formalaşdıran AZAL əməkdaşlarına məxsusdur: "Bu həm də sərnişinlərin "Azərbaycan Hava Yolları"na göstərdiyi etimadın ifadəsidir. Yeni təyyarələrə investisiya yatırarkən, marşrut şəbəkəmizi genişləndirərkən və xidmətlərimizi təkmilləşdirərkən əsas diqqətimizi hər bir səyahəti daha təhlükəsiz, daha rahat və daha əlverişli etməyə yönəldirik. Bu mükafatı almaqdan qürur duyur və göstərilən etimadı bundan sonra da doğrultmaq üçün böyük əzmlə çalışırıq".
AZAL-ın məlumatın əsasən, ölkənin milli aviadaşıyıcısı Azərbaycanın beynəlxalq bazarlarla əlaqələrinin qurulmasında rolunu gücləndirməyə davam edir. Aviaşirkətin inkişaf prioritetləri donanmanın yenilənməsi və marşrut şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, təyyarə göyərtəsində göstərilən xidmətlərin və rəqəmsal alətlərin təkmilləşdirilməsini də əhatə edir. Bu, sərnişinlərə daha geniş seçim imkanları və səyahətin bütün mərhələlərində daha rahat təcrübə təqdim edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Kadir İnanırın mirasının məbləği açıqlandı
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri