Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyibAzərbaycan QHT-ləri ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri ilə əlaqədar Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir:

"Biz - Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura sonuncu səfərinə Ermənistanın müxtəlif dairələrinin verdiyi reaksiyanı qəti şəkildə pisləyirik!

Bu reaksiya mahiyyət etibarilə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qəsd, Azərbaycanın daxili işlərinə müdaxilə və açıq-aşkar irridentizm cəhdidir. Ermənistanda bir mərkəzdən idarə edilən bu davranışlar Azərbaycan-Ermənistan sülh gündəliyinə ciddi zərbə vurmaqla, iki ölkə arasında davam edən normallaşma prosesini axsatmağa hesablanmış açıq təxribatdır. Erməni xalqının sülhə hazır olmadığı aşkara çıxdı. "Real Ermənistan" hekayəti iflasa uğrayır.

Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, o cümlədən Qafqaz Albaniyasının zəngin irsinin danılması siyasətinə son qoyulmalıdır. Ermənistanın baş naziri Gəncəsər məbədinin erməni mənşəyini "sübut etmək" üçün Matenadaran institutunun rəyinə istinad edir. Qəribədir, Matenadaran institutuna başqa bir ölkənin suveren ərazisindəki abidənin mənşəyini təyin etmək hüququnu kim verib? Bu suala cavab verin, cənablar! Yalançı tarixdən, milli müstəsnalıq mərəzindən, düşmənçilikdən yorulmadınızmı? 2023-cü ilin sentyabrında özünü buraxdığını elan etmiş keçmiş qondarma rejimin tör-töküntüləri niyə yenidən peyda olaraq müxtəlif diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara sərsəm məktublar ünvanlamağa başlayıb?

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyibAzərbaycan xalqına qarşı etnik nifrəti dövlət siyasəti halına gətirmiş, Qarabağ və Şərqi Zəngəzuru 30 il işğal altında saxlamış, Xocalı soyqırımını törətmiş, tarixi-mədəni irsimizi dağıtmış Ermənistanın ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri qəbuledilməzdir!

Biz Ermənistan ərazisində Azərbaycan xalqının talan edilmiş, saxtalaşdırılmış mədəni və dini irsini də unutmamışıq. Sərdar sarayının, qəbiristanlıqlarımızın yerlə-yeksan edilməsini, Dədə Ələsgərin məzarının dağıdılmasını, Göy məscidin təhrif edilməsini unutmamışıq!

Ermənistan hökuməti əgər doğrudan da Azərbaycanla sülh gündəliyinə sadiqdirsə, bu isteriyaya, düşmənçiliyə son qoymalı, hələ də fəaliyyətinə şərait yaratdığı, Azərbaycana qarşı irridentist ideyaları təbliğ edən şəxsləri və təşkilatları məsuliyyətə cəlb etməlidir.

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq qəti əminik ki, Azərbaycan dövləti Ermənistan və onun havadarları tərəfindən ölkəmizi hədəf alan bu cür əməllərin qarşısı qətiyyətlə alınacaq!

İmzalar:

1. Ramil İskəndərli - Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti

2. Hacı Abdulla - "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi

3. Xətai Ələsgərov - "Dədə Ələsgər Ocağı" İctimai Birliyi

4. Oğuz Məmmədov - "Zəngi - Tarixi İrsin Öyrənilməsi" İctimai Birliyi

5. Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası

6. Zaur Məmmədov - "Bakı Politoloqlar Klubu" İctimai Birliyi

7. Dilqəm Əhməd - "Çapar" Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyi

8. Tural Gəncəliyev - "Qarabağa Dönüş" İctimai Birliyi

9. Tənzilə Rüstəmxanlı - Azəri-Türk Qadınlar Birliyi

10. Əliməmməd Nuriyev - Konstitusiya Araşdırmalar Fondu

11. Könül Behbudova - "Qarabağ İtkin Ailələri" İctimai Birliyi

12. Şəbnəm Səfərova - "Qarabağın Tərəqqisi Naminə" İctimai Birliyi

13. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondu

14. Səltənət Qocamanlı - "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyi

15. Novella Cəfərova - "D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" İctimai Birliyi

16. Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyi

17. Aqil Camal - "Ortaq Dəyərlər" İctimai Birliyi

18. Hafiz Səfixanov - "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi

19. Rey Qasımov - "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyi

20. Əmir Əliyev - "İnsan Hüquqlarının Təşviqi Mərkəzi" İctimai Birliyi

21. Müşviq Ələsgərli - "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyi

22. Xatirə Vəliyeva - "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi

23. Sevinc Əlizadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi

24. Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi

25. Şəlalə Həsənova - İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyi

26. Ayaz Mirzəyev - "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyi

27. Şəhla Nağıyeva - "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi

28. Cəsarət Hüseynzadə - "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi

29. Vüsalə Hüseynli - "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyi

30. Əhməd Abbasbəyli - "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı Mərkəzi" İctimai Birliyi

31. Fuad Abbasov - "Misra" İnformasiya Mübadiləsi və Təşəbbüsləri İctimai Birliyi

32. Fuad Hüseynzadə - "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyi

33. Anar Xəlilov - "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi

34. Xalid Kazımov - "Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyi

35. Elşad Məmmədli - "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyi

36. Kəmalə Ağazadə - "Azərbaycan Uşaqları" İctimai Birliyi

37. Əfsələddin Ağalarov - "Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai Birliyi

38. Yadigar Məmmədli - "Azərbaycan Demokratik Jurnalistlər Liqası" İctimai Birliyi

39. Fariz Xəlilli - "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi

40. Mübariz Əsgərov - "Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi

41. Tünzalə Abdullalimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi

42. Ceyran Həsənova - "Şəhid Analarına Dəstək" İctimai Birliyi

43. Vüqar Qədirov - "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyi

44. İradə Rzazadə - "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi

45. Kəramət İsmayılov - "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyi

46. Fikrət Yusifov - "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi

47. İlqar Hüseynli - "Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar" İctimai Birliyi

48. Varis Yolçiyev - Azərbaycan Ədəbiyyat Fondu

49. Səməd Vəkilov - "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi

50. Elşad Eyvazov - Tərəfsiz Jurnalistlər İctimai Birliyi

51. Fəridə Mirişova - "İz" Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi

52. Lalə Sərdarlı - "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 123   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri oldu

17 sentyabr tarixində Rumıniyanın Baia Mare şəhərinin meri Ioan Doru Denkuş və Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma sazişin imzanması haqqında niyyət protokolu imzalayıblar

17 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq

Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy

18 sentyabr
.

"Kənd məhsulu" adı məhsulun yüksək keyfiyyətli olması demək deyil - AÇIQLAMA

Bazarda "kənd məhsulu", "təbii məhsul" və "ev məhsulu" adı ilə müxtəlif qida məhsulları satılır. İstehlakçı isə məhsulun həqiqətən kənd şəraitində hazırlanıb-hazırlanmadığını və təhlükəsizlik tələblərinə cavab verib-vermədiyini yalnız görünüş və dada əsasən müəyyən etməkd

17 sentyabr
.

İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam

17 sentyabr
.

Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı

Naxçıvanda "Əshabi-Kəhf" ziyarətgahında çəkilən görüntülər dini məkanlarda davranış qaydaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Belə məkanlarda geyim, foto və video çəkilişi, eləcə də ziyarətgahın müqəddəsliyinə və digər ziyarətçilərə münasibət məsələləri həm dini, həm də eti

18 sentyabr
.

Karantin rejimi yanvara qədər uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qeyd edə

17 sentyabr
.

"Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?

Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış. Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş:

17 sentyabr
.

Avtobus sürücülərindən maraqlı performans - Biri oxudu, digərləri ifa etdi - Video

Bu gün 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar "BakuBus"ın sürücüləri maraqlı kompozisiya ilə çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, məşhur "İntizar" ("Vəfadarım mənim") mahnısı sürücülər tərəfindən ifa olunub. İfaçı - 500 nömrəli avtobusun sürücüsü Elçi

18 sentyabr
.

Alla Axundova vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad

17 sentyabr