Elçin Yusubov Rumıniyada: Qarabağ şəhərləri ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Rumıniyanın Baia Mare şəhəri ilə Xankəndi şəhəri arasında qardaşlaşma şəhərlər sazişin imzanması haqqında niyyət protokolunun imzalanması ilə əlaqədar Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov 18 sentyabrda Rumıniya Prezidentinin administrasiya, idarəetmə siyasəti və vətəndaş cəmiyyəti üzrə müşaviri Boqdan-Florin Kristea tərəfindən qəbul olunub.
Görüş zamanı Rumıniya-Azərbaycan münasibətləri, Azərbaycanın, xüsusən Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Elçin Yusubov işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa və quruculuq işləri, "Böyük Qayıdış" prosesi, xarici investorlar üçün yaradılan əlverişli şərait barədə qarşı tərəfə geniş məlumat verib.
Rumıniya Prezidentinin administrasiya, idarəetmə siyasəti və vətəndaş cəmiyyəti üzrə müşaviri Boqdan-Florin Kristea Rumıniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı məqsədilə regionlar və şəhərlər arasında əməkdaşlıq əlaqələrinin qurulması prosesinə əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Bununla yanaşı Rumıniyaya rəsmi səfər çərçivəsində Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun Alba-Yuliya şəhərinin meri Qabriel-Kodru Pleşa ilə görüşü keçirilib. Görüşdə iqtisadi əməkdaşlıq imkanları, işgüzar əlaqələrin qurulmasına dəstək və qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi müzakirə olunub. Eyni zamanda, tərəflər arasında turizm sahəsində əməkdaşlığın potensialına, mədəni və tarixi abidələrin təbliğinə xüsusi diqqət yetirilib.
Qeyd edilməlidir ki, Alba-Yuliya Rumıniyanın mərkəzində, Transilvaniya bölgəsində yerləşən və Rumın xalqının milli birliyinin simvolu, iki min illik zəngin və qədim tarixə malik bir şəhərdir.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər