Pensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI

Pensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDIİqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb.

Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalına əlçatanlıq kimi istiqamətlər daxildir. N.Cəfərli iddia edir ki, bu addımlar ilin sonuna qədər atılsa, ölkəmiz iqtisadi daralma burulğanından çıxa bilər.

İlin sonuna kimi bu cür böyük qərarların verilməsi mümkündür? Bunlar real təklifdir? Bir neçə aya dövlət eyni anda belə qərarlar verə bilərmi?

Globalinfo.az-a danışan AzərbaycanQiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc deyib ki, quru sərhədlərin açılması texniki baxımdan mümkün olsa da, praktiki formada hazırda imkansızdır:

"Xüsusi karantin rejimi 1 oktyabr 2026-cı ilədək uzadılıb və bu müddətin yenidən uzadılması gözlənilir. Bunun bir neçə səbəbi var. Hesab edirəm ki, bölgədə stabillik, sülh və əmin-amanlıq tam bərpa olunana qədər bu proses davam edəcək. Uşaqpuluna gəlincə, bu, iqtisadi aktivliyə kifayət qədər müsbət təsir göstərə bilər. Lakin ölkə iqtisadiyyatının aktivləşdirilməsi, əlavə investisiyaların cəlb olunması təmin edilmədən, mövcud büdcə imkanları hesabına uşaqpulunun verilməsi və məbləğinin artırılması ciddi problemlərə səbəb olacaq. Bir neçə ay bu ödənişi həyata keçirmək mümkündür, lakin sonrakı mərhələdə büdcədə ciddi kəsirlər və problemlər yarana bilər".

AQC sədri bildirib ki, uşaqpulunun verilməsi ilə bağlı qərar qəbul edilənədək müəyyən addımların atılması vacibdir:

"Dövlət qurumlarının birləşdirilməsi, onların xərclərinin azaldılması, regionlarda vahid idarəetmə sisteminin yaradılması, rayonlar üzrə inzibati bölgü sisteminin dəyişdirilməsi, vəzifələrin və paralel strukturların sayının azaldılması kimi tədbirlər görülməlidir. Azərbaycan ərazisi bu qədər çox rayonun saxlanılmasını zəruri edəcək qədər böyük deyil. Ölkə başçısı bu istiqamətdə kifayət qədər islahatçı addımlar atıb və bundan sonra da belə addımların atılacağı gözlənilir. Lakinbütün bu proseslərin ilin sonuna qədər yekunlaşdırılması mümkünsüzdür. KOB-lara güzəştlərə gəlincə, ƏDV üzrə məcburi qeydiyyat həddi hazırda 200 min manatdır. Kiçik və orta biznesin inkişafı üçün bunun 500 min manata qədər artırılmasını təklif etmişik. Vergi və kredit güzəştləri, yoxlama və inzibati prosedurlarla bağlı güzəştlər də iqtisadi aktivliyi artıra bilər".

İqtisadçı qeyd edib ki, pensiya kapitalına əlçatanlıq məsələsi isə mübahisəlidir:

"Hesab edirəm ki, müəyyən hallarda vətəndaşlara pensiya kapitalından istifadə imkanı verilməsi məqsədəuyğundur.

Məsələn, ilk dəfə ev alanlar və ya ciddi xəstəliyi olan şəxslər müalicə məqsədilə bu vəsaitdən istifadə edə bilərlər. Bundan əlavə, pensiya kapitalının ipoteka kreditləşməsində, ev alqı-satqısı zamanı ipoteka fonduna yönəldilməsi də müsbət nəticə verər.

Natiq Cəfərli çox ciddi iqtisadçılardan biridir. Lakin burada bir məqamı nəzərdən qaçırıb. Söhbət 500 mindən artıq evin sənədsiz olması məsələsindən gedir. Bu istiqamətdə addımlar atılaraq həmin evlər sənədləşdirilsə, onlar miras kimi ötürülə, alqı-satqı predmeti, ipoteka və kredit təminatı, qiymətləndirmə və sığorta obyekti ola bilər. Bu isə ölkədə ciddi iqtisadi aktivlik yarada bilər.Fikrimcə, ölkənin iqtisadi aktivliyini təmin etmək üçün beş addım kifayət deyil. Daha ciddi və kompleks proqram lazımdır. Həmin proqramı yaxın zamanda açıqlayacağıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 160   Tarix: 19 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Mədət Quliyev oğlu ilə toyda - Foto

Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun

19 sentyabr
.

Bakıda kişi arvadını marketdə, autizm​li övladının gözü qarşısında döydü - Video

Bakıda kişi həyat yoldaşını marketdə, autizm​li övladının gözləri qarşısında döyüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb. "İllərdir həyat yoldaşının zorakılığın

18 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

19 sentyabr
.

Nəsimi rayonunda fəaliyyət göstərən "ELMA" restoranı sakinlərin gecə yuxusunu haram edib (VİDEO)

Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 40 ünvanında fəaliyyət göstərən "ELMA" restoranından sakinlər şikayətçidir. "Real Azərbaycan" xəbər verir ki, İmran Qasımov küçəsi 10 ünvanında yaşayan sakinlər restoran ərazisindən gecə saatlarınadək yüksək səslə musiqi səsləndirilməsində

18 sentyabr