Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video
Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər.
Onlar bildiriblər ki, su bəzən günlərlə verilmir. Sakinlər, həmçinin binanın havalandırma sisteminin işləmədiyini və bu səbəbdən ərazidə pis qoxunun yarandığını deyiblər.
Ərazidə fəaliyyət göstərən restoranla bağlı da narazılıq səsləndirilib. Sakinlər gecə saatlarınadək səs-küy olduğunu və restoranın müştərilərinin öz avtomobillərini həyətə park etdiyini bildiriblər.
"Mavi dəniz" restoranı var. Bütün gün ərzində səs-küy olur. Qonaqlar gəlir, yeyib-içirlər, özləri üçün şənlik keçirirlər, biz isə evdə narahat oluruq", - deyə şikayətçi, tanınmış aktyor Əlixan Rəcəbov narazılığını dilə gətirib.
MTK sahibi Məmməd İsmayılov səsləndirilən iddiaların bir qisminə münasibət bildirib. Onun sözlərinə görə, ərazidə uşaqlar üçün futbol və voleybol meydançaları, idman avadanlıqları və istirahət üçün yerlər yaradılıb.
M.İsmayılov, həmçinin Səbail rayonunda su təminatı ilə bağlı ümumi problem olduğunu bildirib və ərazidəki suyun keyfiyyətinin laboratoriyada yoxlanılması üçün aidiyyəti qurumlara müraciət etdiyini deyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 93 Tarix: 21 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabrSəhiyyə Nazirliyindən Səyyad Arana - Cavab
Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind
21 sentyabrMərhum xanəndənin övladı atası barədə nələr danışdı?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı
21 sentyabrQaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabr