Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir.
Sonxeber.az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, rayon ərazisində ümumilikdə 52 qəzalı çoxmənzilli yaşayış binası var. AQC sədri qeyd edib ki, qəzalı binalardan 10-u üzrə sakinlərin köçürülməsi artıq başa çatıb. Daha 7 binada isə köçürülmə prosesinə başlanılıb.
"Hazırda Bakıxanov qəsəbəsində Ramiz Qəmbərov küçəsində yerləşən 6 bina, Aşıqalı küçəsində isə 1 bina artıq sökülüb. Bundan başqa, Həməd Sultanov və Əfəndiyev küçələri, həmçinin Ramana qəsəbəsinin 11-ci və 12-ci mədən sahələrində yerləşən qəzalı binalarla bağlı sakinlərin köçürülməsi prosesinə başlanılıb", - deyə V.Oruc bildirib.
O əlavə edib ki, qəzalı binaların sökülməsi zamanı sakinlərə ödəniləcək kompensasiyanın məbləği ərazidən asılı olaraq fərqli müəyyənləşdirilir. Bunun üçün əvvəlcə qiymətləndirmə aparılır. Söküntü ilə bağlı qərar qəbul edildikdən sonra müvafiq qiymətləndirici şirkət tərəfindən mənzillərin dəyəri müəyyənləşdirilir və kompensasiya məbləği hesablanır.
"Sabunçu rayonunun ayrı-ayrı ərazilərində yaşayış sahələri üçün kompensasiya məbləği əsasən 1 350-1 500 manat aralığında dəyişir. Rayonun mərkəzinə yaxın ərazilərdə, o cümlədən Mehmandarov və Mədəniyyət küçələri istiqamətində qiymətlər daha yüksək ola bilər", - deyə ekspert qeyd edib.
V.Orucun sözlərinə görə, qeyri-yaşayış sahələri üçün kompensasiyanın yaşayış sahələri ilə müqayisədə təxminən 20-25 faiz daha yüksək olması nəzərdə tutulur.
"Qəzalı binaların sökülməsi və sakinlərin köçürülməsinin qarşıdakı mərhələdə Məmmədəliyev, Mehdi Hüseynzadə, Səməd bəy Mehmandarov, keçmiş Əfəndiyev, hazırda Həsən bəy Zərdabi və Həmid Araslı küçələrində də həyata keçirilməsi gözlənilir. İlkin mərhələdə sökülməsi nəzərdə tutulan qəzalı binaların təxminən 20 faizi Sabunçu rayonunun payına düşür", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 164 Tarix: 22 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini
21 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabrBu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye
21 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabr"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"
"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar
21 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabr