Vahid məktəbli formasının tətbiqinin gündəmə gəlməsini müsbət qiymətləndirirəm - AÇIQLAMA
"Məktəbli formasının təhsildəki rolu və əhəmiyyəti artıq bir müddətdir müzakirə olunur. Bu barədə bir neçə dəfə fikrimi bildirmişəm. Yaxın keçmişə qədər Naxçıvan Muxtar Respublikasında vahid məktəbli geyimi uzun illər tətbiq olunurdu və bu, məktəblərdə şagirdlər arasında sosial bərabərliyin təmin edilməsinə xidmət edirdi. Eyni zamanda, müəllimlər arasında da vahid geyim prinsipi var idi. Bu baxımdan həm şagirdlər, həm də müəllimlər arasında bərabərlik təmin olunur, şagirdlər müəllimlərini vahid geyimdə görərək bunu qəbul edirdilər".
Bunu Sonxeber.az-a açıqlamasında təhsil eksperti Elçin Muradov bildirib.
O, bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə vahid məktəbli formasının tətbiqinin gündəmə gəlməsini müsbət qiymətləndirir:
"Naxçıvanda doğulub-böyümüş və həmin təhsil sistemində təhsil almış biri kimi bunun müsbət təsirlərini görmüşəm. Hesab edirəm ki, vahid məktəbli formasının burada da tətbiqi şagirdlər arasında intizamın formalaşmasına müsbət təsir göstərə bilər. Hər bir şeyin əsasında intizam və mədəniyyət dayanır. Geyim, danışıq tərzi, təlim və tədris də bu baxımdan müəyyən rol oynayır. Düşünürəm ki, hər bir şagird vahid məktəbli geyimində olduqda özünü daha yaxşı toparlamağı, qarşısındakının müəllim olduğunu dərk etməyi və ona uyğun davranmağı daha yaxşı qavraya bilər. Bu da istər-istəməz onun daha intizamlı və tədbirli davranmasına, nəticə etibarilə təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər. Kim nə qədər desə də ki, məktəbli formasının təhsildə əhəmiyyəti yoxdur, mən düşünürəm ki, var. Çünki hər şey birinci növbədə mədəniyyətdən, intizamdan və nizam-intizamdan başlayır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 89 Tarix: 22 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabr"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"
"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar
21 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrEyni soyadlı cütlüklər daha az boşanır
Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai
22 sentyabr269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)
Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini
21 sentyabrBank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu
21 sentyabr