Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMABakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?

Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə Sonxeber.az -a açıqlama verib:

"Əmlak seçimində yalnız bugünkü qiymətə baxmaq kifayət etmir. Əsas məsələ həmin ərazinin inkişaf perspektivini də nəzərə almaqdır. Burada nəqliyyat infrastrukturu, metroya çıxış, yeni yollar, sosial infrastruktur, yeni yaşayış və kommersiya layihələri, ərazidə torpaq ehtiyatlarının azalması və daşınmaz əmlaka real tələbin səviyyəsi birlikdə qiymətləndirilməlidir.
Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMAİlk növbədə Xətai rayonunun inkişaf edən hissələrini qeyd etmək olar. Xüsusilə Ağ Şəhər və onun ətrafında şəhərsalma, nəqliyyat və yeni tikinti prosesləri ərazinin strukturunu dəyişir. Bundan əlavə, Bakı Metropoliteninin 2030-cu il inkişaf sxemində Ağ Şəhər, NZS, keçmiş Bakı Avtomobil Zavodu ərazisi və Həzi Aslanov istiqamətində yeni stansiyaların nəzərdə tutulması bu ərazilərin nəqliyyat əlçatanlığı baxımından perspektivini artıran amillərdən biri kimi qiymətləndirilə bilər. Belə infrastruktur layihələri ərazinin əlçatanlığını artırmaqla daşınmaz əmlakın gələcək bazar cəlbediciliyinə də təsir göstərə bilər.

Digər istiqamət kimi Yasamal rayonunun inkişaf edən hissələrini göstərmək mümkündür. Burada əsas üstünlüklər artıq formalaşmış yaşayış mühiti, şəhər mərkəzinə yaxınlıq, nəqliyyat və sosial infrastrukturun mövcudluğudur. Bu amillər ərazidə daşınmaz əmlaka tələbin qorunmasına və likvidliyin yüksək olmasına təsir edən əsas faktorlardandır.

Nərimanov və Nəsimi kimi mərkəzə yaxın rayonlarda isə fərqli üstünlük mövcuddur. Burada əsas faktor ərazinin gələcəkdə sıfırdan formalaşması deyil, artıq mövcud olan yüksək tələb və likvidlikdir. 2026-cı ilin məlumatlarında Nərimanov və Nəsimi ikinci bazarda yüksək qiymətli rayonlar sırasında görünür. Bu səbəbdən belə ərazilərdə alıcı üçün əsas meyar yalnız əmlakı aşağı qiymətə alaraq qısa müddətdə bahalaşmasını gözləmək deyil, həm də əmlakın uzunmüddətli dəyərini qoruması və zərurət yarandıqda asanlıqla satıla bilməsidir.

Digər tərəfdən, Sabunçu, Suraxanı, Binəqədi və Xəzər rayonlarının müəyyən hissələri daha aşağı giriş qiymətləri baxımından diqqət çəkə bilər. Lakin bu ərazilərdə seçim zamanı yalnız qiymətə deyil, konkret lokasiyanın nəqliyyat imkanlarına, infrastrukturuna, yeni layihələrə, sənədləşmə vəziyyətinə və gələcək inkişaf potensialına da baxmaq vacibdir.

Nəticə etibarilə, Bakıda daşınmaz əmlak seçərkən "ən yaxşı rayon" anlayışından daha çox konkret ərazinin hansı fundamental üstünlüklərə malik olduğuna diqqət yetirmək lazımdır. Eyni rayon daxilində belə, küçə, nəqliyyat əlçatanlığı, binanın yerləşməsi, sənədləşməsi və ətraf infrastruktur kimi amillər əmlakın gələcək dəyərinə ciddi təsir göstərə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 595   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Direktorların işə qəbul nəticələri - Açıqlandı

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları

16 noyabr
.

Bab əl-Məndəb və Hörmüz eyni vaxtda risk altında: Azərbaycan tranzit marşrutları üçün bunun mənası nədir?

Körfəzdə gərginlik yenidən artıb. Noyabrın 13-də İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarına hücum etdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki dronun vurulduğunu bildirdi, itki və zərər olmadığını dedi və radar iddiasını təkzib etdi (Al Jazeera, Reuters). Hər iki tərəfin iddias

16 noyabr
.

Azərbaycanda yerli QHT-lər yenidən qeydiyyata alınacaq

Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar. xəbər verir ki, bu, Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcə

17 noyabr
.

Milli teleradio ənənələri və dövlətçilik ideologiyası: Azərbaycan mediasının qarşısında duran yeni vəzifələr

Azərbaycanın milli dövlətçilik tarixində radio və televiziya yalnız informasiya yayımı vasitəsi deyil, həm də xalqın milli-mənəvi dəyərlərinin qorunması, tarixi yaddaşının yaşadılması və dövlətçilik ideologiyasının möhkəmləndirilməsi baxımından mühüm ictimai institutlardır. Prezident İlham Əliyevin Azərbayca

16 noyabr
.

Mediaya ayrılan pul çox azdır - Deputat

Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy

16 noyabr
.

İçərişəhərdə maşın park etməyin saatı 5 manatdır - RƏSMİ

"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtlər

16 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr