Bakıda "Formula -1"in keçiriləcəyi məkan dəyişə bilər - VİDEO
"Formula-1" Azərbaycan Qran-prisinin gələcəkdə keçirildiyi məkan dəyişdirilə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Sea Breeze"in sahibi, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov "Instagram" hesabında paylaşım edib.
Emin Ağalarov bildirib ki, uzun müddətdir "Sea Breeze" ərazisində "Formula-1" trasının inşa olunması ilə bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, belə bir layihənin reallaşdırılması ciddi hazırlıq və genişmiqyaslı iş tələb edir.
İş adamı qeyd edib ki, bu məqsədlə "Formula-1" traslarının layihələndirilməsi ilə məşğul olan "Tilke" şirkəti ilə əlaqə saxlanılır.
E.Ağalarovun sözlərinə görə, 2030-2031-ci illərədək trasın və onun ətrafındakı zəruri infrastrukturun inşa edilməsi mümkün olarsa, "Formula-1" yarışlarının nəzəri olaraq "Sea Breeze"ə keçirilməsi mümkündür.
Bununla yanaşı, o, hazırda bununla bağlı hər hansı konkret razılaşmanın olmadığını vurğulayıb.
"Lakin bizim ona doğru getdiyimiz bir arzumuz var. Arzu etdiyimiz hər şey reallaşıb. Ona görə də "Sea Breeze"də "Formula-1" uzaqda deyil", - deyə E.Ağalarov bildirib.
Qeyd edək ki, paylaşımda "Formula-1" yarışlarının "Sea Breeze"də keçirilməsi halında məkanın necə görünə biləcəyini əks etdirən vizual video da təqdim olunub. Həmçinin E.Ağalarovun yarış avtomobili idarə etdiyi görüntü də paylaşılıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 320 Tarix: 24 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Formula 2: Bakıda ikinci sıralama turu başa çatdı (YENİLƏNİB)
"Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başa çatıb. Qaynarinfo-nun məlumatına görə, bu dəfə ən yaxşı nəticəni "Rodin Motorsport"dan Martinius Stenşorne göstərib. "Rodin Motorsport"dan Aleks Dann ikinci, "İnvicta Racing"dən Rafael Kamara üçünc
24 sentyabrŞahruddin milliyə çağırılmadı
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind
18 sentyabr"Sabah"ın ev oyunlarına 104 mindən çox bilet satılıb
UEFA Çempionlar Liqasında oynayan "Sabah"ın ev oyunlarına 104 min 620 bilet satılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klub məlumat yayıb. Qeyd edək ki, biletlərin satışı kombo şəklində həyata keçirilib
24 sentyabrMert Günok Türkiyə millisindəki karyerasını başa vurub
"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib
18 sentyabr"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib
"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund
14 sentyabrFormula 1: Azərbaycan Qran-prisində qəza baş verdi
"Formula 1" üzrə Azərbaycan Qran-prisində ciddi qəza baş verib. Qaynarinfo-nun məlumatına görə, hadisə ikinci sərbəst yürüşdə qeydə alınıb. "Racing Bulls"dan Arvid Lindblad uğursuzluqla üzləşib. Onun bolidi baryerə çırpılıb. Nəticədə qırmızı bayraq qaldırılıb və sessiya müvəqqət
24 sentyabrAnçelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15 sentyabr"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb
"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b
19 sentyabr