Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayış imkanlarına necə təsir edəcəyi diqqət çəkən məsələlərdəndir. Eyni zamanda, bu dəyişikliklərin cəmiyyətdə gəlir bölgüsünə və sosial rifaha təsiri də müzakirə olunur.
Bəs, 2027-ci ildən gəlir vergisi dərəcələrinin dəyişməsi müxtəlif gəlir qruplarına aid vətəndaşların sosial vəziyyətinə və gündəlik həyatına necə təsir göstərə bilər və bu dəyişikliklər gəlir bərabərliyi və sosial rifah baxımından hansı nəticələr yarada bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bunu indidən dəqiq söyləmək çətindir. Bu məsələ, ilk növbədə, rəqabət mühitinin necə işləməsindən asılıdır:
"İnsanların gəlirlərini müəyyən edən əsas amillərdən biri rəqabət mühitidir. Bu sistem effektiv işləsə, tamamilə fərqli vəziyyət yarana bilər. Hər halda, bu məsələ ətrafında düşünmək və gələcək təsirləri daha dəqiq müəyyənləşdirmək lazımdır. Hesab edirəm ki, gəlir qrupları arasındakı fərqin və sosial vəziyyətin gələcəkdə necə dəyişə biləcəyini obyektiv statistik məlumatlar əsasında qiymətləndirmək mümkündür. Burada ilk növbədə vətəndaşın rifahı məsələsi üzərində düşünməliyik. Rifah yalnız maddi təminat deyil, eyni zamanda insanın mənəvi tələblərinin həyata keçirilməsi və bunun üçün müvafiq mühitin yaradılmasıdır. Bu istiqamətdə də müəyyən işlərin görülməsi vacibdir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 873 Tarix: 24 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda Milli Dirçəliş Günüdür
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü
17 noyabrDirektorların işə qəbul nəticələri - Açıqlandı
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları
16 noyabrAzərbaycanda yerli QHT-lər yenidən qeydiyyata alınacaq
Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar. xəbər verir ki, bu, Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcə
17 noyabrMediaya ayrılan pul çox azdır - Deputat
Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy
16 noyabrİçərişəhərdə maşın park etməyin saatı 5 manatdır - RƏSMİ
"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtlər
16 noyabr