Orta əsr qalası əsrlər boyu universitet binasının içində gizlənib: Onu necə tapdılar?

Orta əsr qalası əsrlər boyu universitet binasının içində gizlənib: Onu necə tapdılar?Dublin Universitet Kollecinin (UCD) kampusundakı binanın daxilində əsrlər əvvəl dağıldığı düşünülən orta əsr qalası aşkarlanıb. Norman qalasının Roebuckdakı divarlarının müasir binanın suvağının altında bu günə qədər qorunduğu müəyyənləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Historia" yazıb.

"Qala UCD Arxeologiya Məktəbində orta əsr memarlığı üzrə mütəxəssis, professor Tadq O'Kiff tərəfindən aşkar edilib. Onun araşdırmaları göstərir ki, qədim Roebuck orta əsr qalasının əhəmiyyətli hissəsi bu günə qədər salamat qalıb", deyə Dublin Universitet Kollecinin yaydığı açıqlamada bildirilib.

Alimin sözlərinə görə, müasir bina xaricdən tamamilə Viktoriya dövrünə aid tikili təsiri bağışlayır. Lakin onun daxilində qədim qalanın divarları qorunub.

Qalanın qorunmasına təsadüflər kömək edib

Tədqiqatçı vurğulayıb ki, istehkamın bu günə qədər qalması bir sıra xoş təsadüflər sayəsində mümkün olub. XVIII-XIX əsrlərdə, yəni gürcü və Viktoriya dövrlərində mülkü yeniləyən sahiblər orta əsr divarlarını sökmək əvəzinə tikililəri onların ətrafında inşa etməyə qərar veriblər.

"Orta əsr elementləri hələ də oradadır. Onlar suvağın altında gizlənib, lakin tanınmaları mümkündür. Mülkü yeniləyən şəxslərin orta əsr qalasını dağıtmaq əvəzinə tikililəri onun ətrafında inşa etməsi bizim üçün böyük şans olub", deyə Tadq O'Kiff bildirib.

Daha bir diqqətçəkən məqam isə müasir binanın arxasındakı həyətin orta əsr qalasının məhz həmin həyəti olmasıdır. Araşdırmalar bunu göstərir.

Qala orta əsr Dublinin yollarından birinin üzərində yerləşirdi

Tarixi mənbələrə görə, Roebuckdakı istehkam İrlandiyanın 1169-cu ildə başlayan Norman işğalından bir neçə onillik sonra inşa edilib. Qala orta əsr Dublinin giriş yollarından birinin üzərində yerləşib və orta əsrlər boyunca dəfələrlə yenidən qurulub.

Qalanın keçmişi ilə bağlı qeyri-adi əhvalat da var. Rəvayətə görə, taxtdan salınmış İngiltərə və İrlandiya kralı II Ceyms (həmçinin Şotlandiya kralı VII Ceyms kimi tanınır) 1689-cu ildə taxtını itirdikdən sonra Roebuckda qalıb.

Lakin XVIII əsrdə qala xarabalığa çevrilib. Buna görə də onun qalıqlarının sonradan mülkün yenidən qurulması zamanı söküldüyü düşünülürdü.

Rəssamın akvarelləri mühüm ipucu verib

Araşdırma zamanı mühüm ipucu təxminən 1765-ci ildə xarabalıqları ziyarət edən rəssam Qabriel Beranjenin əsərlərində tapılıb. O, qalanın qalıqlarını bir sıra akvarellərdə təsvir edib.

"Beranje gözlənildiyi kimi, binanın əsas formasını əks etdirib. Lakin xoşbəxtlikdən o, bəzi çox xırda detalları da təsvir edib. Məhz həmin detallar binanın quruluşunun tarixini yenidən yaratmaq üçün bizə lazım olan ipuclarını verir", deyə O'Kiff bildirib.

Beləliklə, tarixi təsvirlərin bu gün suvağın altında gizlənən tikili elementləri ilə müqayisəsi orta əsr qalanın qalıqlarının müəyyən edilməsinə imkan verib.

"Təəssüf ki, zaman Dublinin cənubunda orta əsrlərdə inşa edilmiş qalalara qarşı mərhəmətli olmayıb. Binaların yoxa çıxması həm də tarixi mənbələrin itirilməsi deməkdir. Bu isə biliklərimizdə boşluqlar yaradır", deyə tədqiqatçı vurğulayıb.

Roebuck nümunəsində isə tarixin gözləniləndən daha davamlı olduğu ortaya çıxıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 90   Tarix: 24 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib

Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə

21 sentyabr
.

Hələ də çap maşınında yazır

Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c

23 sentyabr
.

Vuçiç: İstefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözləyirəm

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözlədiyini bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Vuçiç bunu Velika Planadakı "Moravski Konaci" etnokəndinə səfəri zamanı jurnalistlərin sualını cavablandırarkə

20 sentyabr
.

Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni

23 sentyabr
.

ABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb

ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras

21 sentyabr
.

Apennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf

İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen

22 sentyabr
.

İlk Homo sapiensin üzü necə görünürdü?

Bir vaxtlar Afrika neandertalı hesab edilən Cəbəl İrhud fosilləri bu gün ən qədim Homo sapiens nümunələri arasında göstərilir. Müxtəlif fərdlərə aid hissələrin rəqəmsal şəkildə birləşdirilməsi ilə hazırlanmış yeni model ilk əcdadlarımızın üzünün necə göründüyünə dair diqqətçəkən təsəvvür yaradır. Qaynarinf

22 sentyabr
.

Avropada temperatur +40 dərəcəyə yüksələcək

Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1

24 sentyabr
.

Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz

24 sentyabr