Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar".

Bu barədə Oxu.Az-a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib.

O bildirib ki, hazırda aidiyyəti qurumlarla birgə uşağın vəziyyətinin qiymətləndirilməsi, həmçinin zəruri tibbi və sosial xidmətlərlə təmin olunması istiqamətində iş aparılır:

"Uşağın mənafeyinin və təhlükəsizliyinin qorunması diqqətdə saxlanılır.

Qeyd olunan prosedurlar yekunlaşdıqdan sonra qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək".

13:16

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəran şəhərində üçyaşlı uşağın zorakılığa məruz qalması barədə məlumat yayıb.

Komitədən Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, sözügedən hadisə ilə bağlı yayılan məlumat ciddi narahatlıq doğurur:

"Uşaqlara qarşı hər hansı zorakılıq qəbuledilməzdir. Azyaşlının təhlükəsizliyinin təmin edilməsi, səhhətinin bərpası hüquq və mənafelərinin qorunması əsas prioritetdir. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür, uşağın səhhəti və təhlükəsizliyi diqqətdə saxlanılır.

Dövlət Komitəsinə daxil olan məlumata görə, hazırda uşağın səhhəti stabildir. Azyaşlının döyülməsində şübhəli bilinən atalığı ilə bağlı rayon polis şöbəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticələrindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

Eyni zamanda, uşağın anasının valideynlik hüququnun məhdudlaşdırılması məsələsinə rayon icra hakimiyyəti tərəfindən qanunvericiliyə uyğun olaraq baxılır. Ananın psixoloji vəziyyəti ilə bağlı müvafiq psixoloqlar tərəfindən onunla söhbətlər və psixoloji dəstək tədbirləri həyata keçirilir.

Bir daha vurğulamaq istəyirik ki, uşaqların zorakılıqdan qorunması cəmiyyətin hər bir üzvünün məsuliyyətidir. Uşağa qarşı zorakılıq halı və ya belə bir şübhə yarandıqda, dərhal aidiyyəti qurumlara məlumat verilməsinə çalışmaq lazımdır. Uşağın təhlükəsizliyi və üstün mənafeyi hər zaman əsas götürülməlidir".

12:12

Lənkəranda atalığı tərəfindən döyüldüyü iddia edilən üçyaşlı uşağın müalicəsi davam etdirilir.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) bu gün səhər saat 5 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Azyaşlıya dəqiqləşdirilməmiş sağ gözaltı nahiyədə, sol qulağında, sifətində və kürək nahiyəsində qançır diaqnozları təyin olunub.

Xəsarət alan azyaşlıya zəruri tibbi xidmətlər göstərilib, müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.

11:52

2023-cü il təvəllüdlü uşaq fiziki zorakılıq nəticəsində aldığı xəsarətlər səbəbindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.

Uşaq xəstəxanada müayinə olunarkən bədənində müxtəlif ağır xəsarət işləri aşkarlanıb. Araşdırmalarla uşağın atalığı tərəfindən zorakılığa məruz qaldığı bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, qeyd edilən faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Müvafiq ekspertizalar təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 201   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr