Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"
"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır".
Sonxeber.az "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan mühüm transformasiya mərhələsindən keçir: "Şəhərsalmaya yanaşmamız strateji ərazi planlaşdırılmasına, müasir infrastruktura, davamlı inkişafa və daha proqnozlaşdırılabilən inkişaf mühitinin yaradılmasına əsaslanır. Şəhər transformasiyası baxışla başlayır, lakin baş planlar vasitəsilə reallığa çevrilir. Biz baş planlaşdırmaya sadəcə tənzimləyici alət kimi deyil, mənzil, infrastruktur, mobillik, iqtisadi fəaliyyət, ətraf mühit və həyat keyfiyyətini bir araya gətirən çərçivə kimi baxırıq".
A.Quliyev vurğulayıb ki, 2018-ci ildən etibarən Azərbaycan davamlı və dayanıqlı şəhərlərin təşviqi məqsədilə məkan planlaşdırılmasında müasir prinsipləri tətbiq edir: "Bu gün Azərbaycanın 79 şəhərindən 68-nin təsdiq olunmuş 20 illik baş planı var, qalan şəhərlərin baş planları isə hazırda təsdiqlənmə prosesindədir. Bu səylər təcrübəli beynəlxalq şəhərsalma mütəxəssislərinin cəlb edilməsi ilə həyata keçirilib ki, bu da qlobal qabaqcıl təcrübələrə və innovativ planlaşdırma yanaşmalarına uyğunluğu təmin edir. Bu o deməkdir ki, şəhərlərimizin əksəriyyəti artıq öz inkişafı üçün uzunmüddətli baxışa, davamlı və insanyönümlü şəhər mühiti yaratmaq üçün çərçivəyə malikdir. Bu da onların uzunmüddətli inkişafı və investisiya potensialı ilə bağlı daha böyük aydınlıq yaradır. Biz həmçinin şəhərsalmanın davamlılıq və texnoloji aspektlərinə xüsusi diqqət yetiririk. Yaşıl tikinti prinsipləri, enerji səmərəliliyi, dayanıqlı infrastruktur, rəqəmsal icazələr və tikinti sektorunun rəqəmsallaşdırılması inkişaf mühitimizin getdikcə daha vacib elementlərinə çevrilir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
91 yaşlı sabiq deputat vəfat etdi
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə