Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZUGənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar?", "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir.

Ancaq Dövlət Statistika Komitəsinin məlumatlarında 50-60 və daha yuxarı yaş qruplarında nikaha daxil olan şəxslərin ayrıca nəzərə alınması nikahın yalnız gənclərin "həyat mərhələsi" olmadığını göstərir. Məsələn, 2024-cü ildə 50-59 yaş qrupunda 851, 60 və daha yuxarı yaş qrupunda isə 362 nikah qeydə alınıb. Başqa sözlə, 50 yaşdan sonra da yüzlərlə insan ailə qurmaq qərarı verib. Bu baxımdan, bu gün "cəmiyyət niyə 25 yaşında evliliyi normal, 55 və ya yuxarı yaşında evliliyi qeyri-adi hesab edir?" sualına cavab birmənalı deyil.

Sosioloq və psixoloqların da məsələyə yanaşmasında fərqliliklər var.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Bəs yazılmayan normalar?"

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, sosioloq Ağasəlim Həsənovun fikrincə, yaşa uyğun davranışlar, cəmiyyətdə norma kimi qəbul edilən və edilməyən normalar hər bir cəmiyyətin özünəməxsusluğudur: "Bir cəmiyyətdə qəbul olunan sosial norma digər cəmiyyət üçün keçərli deyil. Azərbaycan cəmiyyətinin də özünəməxsus cəhətləri var. Bizim cəmiyyətdə yaşı 50-dən yuxarı olan insanların hər hansı ciddi obyektiv bir səbəb olmadan evliliyi normal qəbul edilmir. Əlbəttə, istisnalar ola bilir. Onların içində müsbət olanlar da var. Amma bunlar ümumi fikir söyləməyə əsas verə bilməz. Kəndlərdə də, şəhərlərdə də belə hallar baş verir. Tutaq ki, bir yaşlı insan həyat yoldaşını itirib və tək qalmasın deyə tək yaşayan biri ilə evlənir. Onlar bu evliliyi adətən sakit formada həyata keçirir, bunu cəmiyyətə açıqlamırlar. Bu, bir bir əxlaq normasıdır. Azərbaycan cəmiyyəti bunu istisna olaraq qəbul edir. 80 yaşında ikən 20 yaşdakı həyatlarını yaşamağa çalışanlar da var. Bu cür hallar təqdir olunmur. Azərbaycan cəmiyyətinin çox cüzi hissəsi bunu norma kimi qəbul edə bilər. İctimai qınaq cəmiyyətin həyatında həmişə olub və bu, çox şeyi həll edir. Bu cür davranışlar gənclər üçün pis nümunə yaradır".

"Cəmiyyət sosial dəyərlərə daha çox meyillidir"

Sosioloq Naib Niftəliyevin fikrincə, 50-60 yaşlı insanların ailə qurmasında əslində qeyri-adi bir şey yoxdur: "Ola bilər ki, kiminsə evliliyi gecikib. Kimsə 50-60 yaşdan sonra ailə qurur, övladı dünyaya gəlir və s. Bu, normal bir yanaşmadır. Amma daha yuxarı yaşlardan sonra evlilik təbii olaraq müzakirə doğuracaq və bu, insanın sağlamlığına və gələcəyinə bağlı olan məsələdir. İnsan var ki, 60-70 yaşdan sonra ata və ya ana olur. Bu mənada yaş nisbi anlam kəsb edir. Təbii ki, 25 yaşında ailə qura bilməyib 50 yaşında buna cəhd edən insanlar var. Ancaq 60-65 yaşında ikinci, üçüncü dəfə ailə qurub yenidən həyata başlamaq istəyən insanlarla bağlı ictimai qınaqda müəyyən haqlı məqamlar var. Yəni insanlar onlardan müəyyən böyüklük, müdriklik gözlədiyi halda onlar yeni cavanlıq eşqinə düşürlər. Yaş fərqi olanda da balans prinsipi pozulur. Cəmiyyət sosial dəyərlərə daha çox meyillidir".

Qanun onların tərəfindədir, amma…

Sosioloqlun fikrincə, insan sağlamdırsa, iki tərəfin razılığı varsa, tərəflər rəsmi nikaha girə və ya vətəndaş nikahı çərçivəsində birgə yaşaya bilərlər: "Bu, onların şəxsi işləridir. Amma digər tərəfdən, faktlar onu göstərir ki, belə məsələlər cəmiyyətdə sosial ədalət prinsipini, sosial tarazlığı və həmrəyliyi, nəsillərarası varislik prinsipini aradan qaldırır. İctimai qınaq məhz ailə məsələlərinini tənzimləyən faktordur. Yoxsa ailə institutu, ailə təsisatı çoxdan aradan qalxardı. Yaxşı olar ki, insanlar ailə qurarkən bunu müzakirə obyektinə çevirməsinlər. Hüquqi cəhətdən qanun onların tərəfindədir, amma ictimai qınaq da haqlıdır".

"Ailə qurmaq yalnız gəncliklə məhdudlaşan hadisə deyil"

Psixoloq Təranə Paşayeva hesab edir ki, ailə qurmaq insan həyatının yalnız gənclik mərhələsi ilə məhdudlaşan hadisə deyil: "İnsan ömrü boyu müxtəlif sosial və emosional ehtiyaclara malik olur. Yaşın artması bu ehtiyacların yox olması anlamına gəlmir. Əksinə, həyatın müəyyən mərhələsində insan üçün emosional rahatlıq, qarşılıqlı anlayış, etibarlı ünsiyyət və yanında güvəndiyi bir insanın olması daha da əhəmiyyətli ola bilər". Psixoloqun fikrincə, cəmiyyətdəki stereotiplərin formalaşmasında ənənəvi ailə modeli də mühüm rol oynayır: "Bu modeldən kənara çıxan insanlar isə bəzən qeyri-adi hesab olunub. Halbuki həyatın bütün insanlara eyni ssenarini təqdim etmədiyi artıq danılmaz reallıqdır. Bir insan 25 yaşında ailə qura bilər, digəri 35 yaşında, başqa biri isə 55-60 yaşında. Kiminsə ilk evliliyi uğurlu ola bilər, digəri boşana bilər, başqa bir insan həyat yoldaşını itirə bilər. Bütün bu hallarda insanın həyatına yenidən istiqamət vermək hüququ qalır". T.Paşayevanın fikrincə, xüsusilə təkrar ailə qurmaq məsələsində cəmiyyətin münasibəti daha həssasdır: "25 yaşında ailə qurmaq normaldırsa, 55 və ya 60 yaşında ailə qurmaq da yalnız yaş səbəbindən qeyri-adi elan edilməməlidir. İnsan üçün həyatın yeni mərhələsinə başlamağın gec olduğu konkret bir yaş yoxdur". Psixoloq hesab edir ki, cəmiyyətin inkişafının mühüm göstəricilərindən biri insanların şəxsi seçimlərinə münasibətidir: "İnsanların neçə yaşında ailə qurması, ikinci dəfə evlənməsi və ya həyatının müəyyən mərhələsində yeni münasibətə başlaması ilk növbədə onların şəxsi həyatına aid məsələdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 104   Tarix: 26 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr