Azərbaycanın iqtisadi potensialı artmaqdadır

Azərbaycanın iqtisadi potensialı artmaqdadırBakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın qlobal iqtisadi proseslərdə artan rolunun, ölkənin investisiya imkanlarının və qarşıdakı inkişaf prioritetlərinin müzakirəsi baxımından mühüm platforma oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum çərçivəsində çıxışı isə ölkənin iqtisadi inkişafının keçdiyi yolu, mövcud imkanları və gələcək üçün müəyyənləşdirilən strateji istiqamətləri kompleks şəkildə təqdim etdi. Cənab Prezidentin çıxışında diqqəti çəkən əsas məqamlardan biri Azərbaycanın investisiya mühitinin formalaşmasının təsadüfi proses olmadığına dair ortaya qoyulan konseptual yanaşmadır. Ölkədə uzun illər ərzində yaradılmış siyasi və iqtisadi sabitlik, müstəqil maliyyə sistemi, infrastrukturun inkişafı və proqnozlaşdırılan biznes mühiti bu gün Azərbaycanın beynəlxalq investorlar üçün daha geniş imkanlar təqdim etməsinə şərait yaradıb.
Preziden cənab İlham Əliyevin qeyd etdiyi kimi, son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiyanın cəlb edilməsi, bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi ölkənin beynəlxalq investisiya məkanında formalaşdırdığı etimadın mühüm göstəricilərindəndir. Burada söhbət yalnız maliyyə resurslarının cəlb edilməsindən getmir. Bu, eyni zamanda, Azərbaycanın uzunmüddətli tərəfdaşlıq münasibətləri qurmaq, investorlara sabit və proqnozlaşdırılan mühit təqdim etmək imkanlarının göstəricisidir. Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas mesajlarından biri ondan ibarətdir ki, Azərbaycan artıq yalnız investisiya qəbul edən ölkə kimi deyil, regional iqtisadi əlaqələrin və yeni təchizat zəncirlərinin formalaşmasında fəal iştirak edən dövlət kimi çıxış edir.
Azərbaycan iqtisadiyyatının inkişafında neft və qaz sektorunun tarixi və strateji əhəmiyyəti danılmazdır. Cənab Prezidentin çıxışında da bu sektorun yaxın perspektivdə ölkə iqtisadiyyatında mühüm rolunu qoruyacağı xüsusi vurğulanıb. Eyni zamanda, çıxışın mühüm hissəsini iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, yeni investisiya istiqamətlərinin müəyyənləşdirilməsi və ölkənin mövcud potensialının daha səmərəli reallaşdırılması təşkil edib. Burada əsas məsələ iqtisadi şaxələndirmənin yalnız ayrı-ayrı yeni sahələrin inkişaf etdirilməsi kimi deyil, bütövlükdə yeni iqtisadi modelin formalaşdırılması kimi nəzərdən keçirilməsidir. Cənab Prezidentin təqdim etdiyi yanaşmaya əsasən, bərpaolunan enerji, logistika və nəqliyyat, mədənçilik, rəqəmsal iqtisadiyyat, süni intellekt, data mərkəzləri, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi Azərbaycanın qarşıdakı dövr üçün əsas investisiya istiqamətləri sırasında yer alır. Bu, Azərbaycan iqtisadiyyatının resurslardan əldə edilən gəlirlərin yeni iqtisadi sahələrə yönəldilməsi prinsipi əsasında daha da şaxələndirilməsi strategiyasının davamıdır.
Azərbaycanın enerji siyasətində yeni mərhələnin əsas xüsusiyyətlərindən biri bərpaolunan enerji potensialının iqtisadi inkişafın mühüm komponentinə çevrilməsidir.
Prezident cənab İlham Əliyevin çıxışında Xəzərin Azərbaycan sektorunda 157 giqavatlıq külək enerjisi potensialının mövcudluğu xüsusi diqqətə çatdırılıb. Bu rəqəm Azərbaycanın yalnız ənənəvi enerji resursları ilə deyil, həm də yaşıl enerji ilə bağlı geniş imkanlara malik olduğunu göstərir.
Burada mühüm məqam ondan ibarətdir ki, bərpaolunan enerji yalnız daxili tələbatın ödənilməsi məsələsi kimi təqdim edilmir. Azərbaycanın məqsədi yeni enerji güclərindən istifadə etməklə elektrik enerjisi ixrac edən ölkələr sırasında mövqeyini gücləndirməkdir.
Bu istiqamətdə enerji istehsalı ilə yanaşı, ötürücü xətlərin, enerji saxlanc sistemlərinin və regional interkonnektorların inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün belə layihələr enerji sektorunun iqtisadiyyatın digər sahələri ilə əlaqəsini daha da gücləndirə bilər.
Xüsusilə Mərkəzi Asiya ilə Azərbaycan və Avropa arasında elektrik enerjisi bağlantısının yaradılması istiqamətində aparılan işlər Azərbaycanın enerji xəritəsində rolunun genişlənməsinə xidmət edir. Qara dənizin dibi ilə planlaşdırılan elektrik kabeli layihəsi də Azərbaycanın Avropa enerji bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Beləliklə, Azərbaycanın enerji siyasətində ənənəvi enerji resursları ilə yaşıl enerjinin bir-birini tamamladığı yeni mərhələ formalaşır.
Cənab Prezidentin çıxışında Azərbaycanın gələcək iqtisadi inkişafının ikinci mühüm istiqaməti kimi logistika, nəqliyyat və bağlantılar xüsusi yer tutub. Azərbaycanın coğrafi mövqeyi ölkəni Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdirir. Lakin coğrafi mövqenin özü tranzit üstünlüyünün avtomatik təmin olunması demək deyil. Bunun üçün müasir infrastruktur, sərhəd və gömrük idarəçiliyi, rəqəmsal həllər, liman və dəmir yolu imkanları, eləcə də regional əməkdaşlıq tələb olunur. Son illərdə həyata keçirilən investisiyalar məhz bu zəruri bazanın yaradılmasına yönəlib. Dəmir yollarının modernləşdirilməsi və elektrikləşdirilməsi, Bakı Limanının imkanlarının genişləndirilməsi, yeni avtomobil yollarının və hava limanlarının inşası Azərbaycanın tranzit potensialını artıran mühüm amillərdir.
Cənab Prezidentin açıqladığı göstəriciyə əsasən, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatması gözlənilir. Qarşıya qoyulan məqsəd isə 2030-cu ilədək Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində daşımaların həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaqdır. Bu hədəf Azərbaycanın nəqliyyat siyasətinin yalnız tranzit gəlirləri əldə etməyə deyil, ölkəni beynəlxalq təchizat zəncirlərinin mühüm həlqəsinə çevirməyə hesablandığını göstərir.
Burada rəqəmsallaşma xüsusi əhəmiyyət daşıyır. Müasir logistika yalnız yolların, limanların və dəmir yollarının mövcudluğu ilə ölçülmür. Yüklərin rəqəmsal izlənməsi, gömrük prosedurlarının sadələşdirilməsi, məlumat mübadiləsinin sürətləndirilməsi və sərhəd-keçid proseslərinin optimallaşdırılması rəqabət qabiliyyətinin əsas elementlərinə çevrilib.
Prezident cənab İlham Əliyevin çıxışında mədənçilik də Azərbaycanın böyük potensiala malik sahələrindən biri kimi təqdim edilib. Mədənçilik üzrə qəbul edilən dövlət proqramının bu istiqamətdə fəaliyyətə əlavə impuls verməsi gözlənilir. Azərbaycanın təbii ehtiyatları, geoloji potensialı və mövcud sənaye bazası mədən sektorunun yeni texnologiyalar əsasında inkişaf etdirilməsi üçün imkanlar yaradır. Lakin müasir dövrdə mədənçilik yalnız hasilat məsələsi deyil. Burada əsas məqsədlərdən biri xammalın daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi, emal sənayesinin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması və texnoloji kompetensiyaların formalaşdırılmasıdır.
Cənab Prezidentin çıxışında təhsil və peşəkar kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki XXI əsrin iqtisadiyyatında kapital yalnız maliyyə və təbii resurslardan ibarət deyil. İnsan kapitalı iqtisadi rəqabət qabiliyyətinin əsas müəyyənedicilərindən birinə çevrilib. Azərbaycanın neft-qaz sektorunda qazandığı təcrübə bu baxımdan mühüm nümunə kimi təqdim olunur. 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanarkən sektorda çalışan xarici mütəxəssislərin sayı çox yüksək idisə, sonrakı illərdə yerli mütəxəssislərin hazırlanması nəticəsində bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Bu təcrübənin digər sahələrə tətbiqi Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biridir.
Rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik, süni intellekt, mühəndislik, logistika, enerji və mədənçilik kimi sahələrdə ixtisaslı kadrların hazırlanması investisiya siyasətinin ayrılmaz hissəsinə çevrilməlidir.
Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu təkcə investisiya imkanlarının təqdim olunduğu tədbir deyil, həm də Azərbaycanın iqtisadi inkişafının növbəti mərhələsinə dair strateji baxışların beynəlxalq biznes ictimaiyyətinə çatdırıldığı mühüm platforma kimi qiymətləndirilə bilər.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 283   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021