İlham Əliyev Si Cinpini təbrik etdi

İlham Əliyev Si Cinpini təbrik etdiPrezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.

Sonxeber.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə sizi və sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Çin Xalq Respublikasının sizin qətiyyətli liderliyiniz və yürütdüyünüz uzaqgörən strateji kurs sayəsində milli rifah, sosial-iqtisadi və elmi-texniki tərəqqi, innovativ inkişaf və digər aparıcı sahələrdə qazandığı tarixi nailiyyətlər və uğurlar böyük rəğbət doğurur. Bu gün Çin qlobal miqyasda ən qüdrətli dövlətlər sırasında öz layiqli yerini tutaraq mühüm və nüfuzlu güc mərkəzi statusunu qazanmışdır.

Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk. Aramızda formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və anlaşma, ölkələrimizin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstək Azərbaycan-Çin münasibətlərinin səciyyəvi cəhətlərindəndir. Dövlətlərarası əlaqələrimizin tamamilə yeni tarixi mərhələyə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi qəti siyasi iradəmizin və birgə ardıcıl səylərimizin parlaq praktiki ifadəsidir.

Son dövrdə ikitərəfli əlaqələrimizin salnaməsi mühüm hadisələrlə zəngin olmuş, iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımız dinamik inkişaf edərək yeni mahiyyət kəsb etmişdir. Artıq bir ildir ki, ölkələrimiz arasında tətbiq edilən vizasız gediş-gəliş rejimi öz növbəsində insanlararası təmasların və turizmin inkişafına təkan vermişidir.

Eyni zamanda təşəbbüskarı olduğunuz və Azərbaycanın da daim dəstək verdiyi "Kəmər və yol" layihəsi, o cümlədən Orta Dəhliz və Mərkəzi Asiya ölkələri ilə birlikdə həyata keçirilən digər bağlantı layihələri qlobal əməkdaşlığın mühüm amilləri olaraq çıxış edir.

Məmnunluqla qeyd edirəm ki, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək hazırda yeni müstəviyə keçmişdir. Ölkənizin aparıcı "Universal Energy" şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirdiyi səmərəli fəaliyyət təqdirəlayiqdir. Bu yaxınlarda şirkətin inşa etdiyi "Qobustan" Günəş Elektrik Stansiyasının açılışı Azərbaycan-Çin iqtisadi əlaqələrinin şaxələndirilməsinin növbəti nümunəsidir.

Hörmətli cənab sədr, əminəm ki, qədim tarixə və xoş ənənələrə malik Azərbaycan-Çin dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlığı xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf etməyə və daha da güclənməyə davam edəcəkdir.

Bu bayram günündə sizə bir daha ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Çin xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 161   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milli Qurtuluşa gedən yolun başlanğıcı

"1993-cü il Azərbaycan tarixinin ən mühüm və taleyüklü mərhələlərindən biri kimi yadda qalıb. Həmin ilin 3 oktyabrında keçirilmiş ümumxalq səsverməsi nəticəsində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. B

1 oktyabr
.

Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"

"Ermənistan Konstitusiyasının dəyişdirilməsi, xüsusən də Azərbaycana qarşı ərazi iddialarının çıxarılması kimi son yekun məqamı gözləyirik". xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıye

2 oktyabr
.

Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi

Azərbaycanın Ümummilli lideri Heydər Əlirza oğlu Əliyev - müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu, xilaskarı, tarixi şəxsiyyət. Hər bir Azərbaycan vətəndaşının qürurla yad etdiyi vətənini, xalqını sevən, hər zaman hörmətlə andığımız qurucu şəxsiyyət, örnək liderdir. Heydər Əlirza oğlu Əliye

1 oktyabr
.

Prezident: "Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz. Halbuki əvvəlki Ermənistan rəhbərləri, onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI

2 oktyabr
.

Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasəti bi

2 oktyabr
.

Prezident İlham Əliyev: "Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"

"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğunu vurğulaya

2 oktyabr
.

Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"

"Düzgün ideoloji işin qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayınd

2 oktyabr
.

Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"

"Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir". xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regiona

2 oktyabr
.

Azərbaycan Prezidenti: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

"Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, bir gü

2 oktyabr