İnsanlar niyə qəddarlaşır? Hamilə iti pəncərədən atan şəxsin hərəkəti nəyi göstərir? - PSİXOLOQDAN AÇIQLAMA

İnsanlar niyə qəddarlaşır? Hamilə iti pəncərədən atan şəxsin hərəkəti nəyi göstərir? - PSİXOLOQDAN AÇIQLAMABakıda hamilə itin hündürmərtəbəli binanın pəncərəsindən aşağı atılması cəmiyyətdə ciddi narazılıq yaradıb. Heyvana qarşı bu cür amansız davranışın görüntülərinin yayılması bir daha insanlarda aqressiya və zorakılığın hansı həddə çata bildiyi sualını gündəmə gətirib. Bəs insanı heyvana qarşı bu qədər qəddar davranmağa vadar edən nədir?

Psixoloji olaraq insanın qəddarlığa və zorakılığa meyillənməsinin, bir sözlə, "manyakalaşmasının" səbəbləri nələrdir? Bu davranış hansı psixoloji amillərdən qaynaqlana və gələcəkdə daha ciddi zorakılıq hallarına çevrilə bilərmi?
İnsanlar niyə qəddarlaşır? Hamilə iti pəncərədən atan şəxsin hərəkəti nəyi göstərir? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, bir ölkənin şüur səviyyəsi onun təbiətə və heyvanlara olan münasibətindən məlum olur. ABŞ Ədliyyə Nazirliyinin Kaliforniyanın Mərkəzi Dairəsi üzrə 11 avqust 2026-cı il açıqlamasına görə, heyvanlara qarşı hər hansı, müəyyən ağır zorakılıq əməlləri federal səviyyədə cinayət sayılaraq, heyvana hər hansı şiddət göstərən şəxs, cəza olaraq 7 ilə qədər həbs oluna bilir. Onun sözlərinə görə, bu qanun isə ABŞ prezidenti cənab Tramp tərəfindən 2019-cu ilin noyabrında, prezidentliyinin tam ilk dövründə imzalanıb: "Yəni insan prezident seçiləndən sonra, hətta prezidentliyinin ilk günündən heyvanların hüquqlarını düşünüb. Azərbaycandakı bu hadisə isə yüksək dərəcəli qəddar davranışdır. Bu cür hadisəyə sadəcə " heyvanı sevmirdi " demək çox səthi yanaşma olar.

Eyni zamanda psixi xəstə olması da demək deyil. Öz gücünü zəif varlığın üzərində tətbiq etmək istəyi, empatiyanın yoxluğu, zorakılığın sosial normaya çevrilməsidir. Yaxud cəmiyyət uzun müddət heyvanlara qarşı qəddarlığı "adi şey" kimi qəbul edirsə, insanların ağrıya reaksiyası da dəyişir. Ölüm və ağrı adiləşir. Ən böyük problem isə bizim cəmiyyətdə heyvanı "canlı subyekt" kimi yox, obyekt kimi görməkdir. Burada məncə ən vacib məsələ fərdi psixologiyadan daha böyükdür. Heyvana qarşı zorakılıq cəmiyyətin zorakılığa münasibətinin ən əsas göstəricilərindən biridir. İnkişaf etmiş ölkələr bu kimi səbəblərə görə müsəlmanlara " neandertal " insanlar kimi yanaşırlar.

Diqqət etsək müsəlman cəmiyyətlərində onsuzda əvvəldən heyvansevərlik hissi çox da yayqın olmayıb. Ələlxüsus müsəlmanların itlərə qarşı qəribə bir taxılmaları var. Həm də son zamanlar sosial şəbəkələrdə müxtəlif həkimlərin və ümumiyyətlə öz peşə sahəsinə aid olmayan insanların heyvanlara qarşı antipatiya və aqressiyanı təşviq edən fikirlər səsləndirdiyini görürük. Təbii ki, bu kimi yayqın fikirlərin nəticəsi də belə gözlənilirdi. Mən ümumiyyətlə düşünürəm ki, gecikmiş olsaq da, heyvanların hüquqlarının qorunması ilə bağlı qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir. Eyni zamanda, sosial şəbəkələrdə heyvanlara qarşı nifrət, aqressiya və zorakılığı təşviq edən fikirlər səsləndirən şəxslər də yüksək məbləğdə cərimələrlə məsuliyyətə cəlb olunmalıdır. İnsan nəhayət anlamalıdır ki, Yaradanın yaratdığı hər bir canlı və təbiət vahid bir sistemin parçasıdır və başqa bir canlının həyatına, bütövlüyünə və haqqına göstərilən hörmətsizlik, əslində, həyatın öz bütövlüyünə qarşı yönəlmiş davranışdır.

Bu cür hadisələrə münasibəti cəmiyyətin emosiyası deyil, qanunun həm də çox sərt mövqeyi müəyyən etməlidir. ABŞ-dakı qanunlarda olduğu kimi, heyvanlara qarşı ağır cinayət törədənlərə yeddi ilə qədər həbs cəzası tətbiq olunsa, bəlkə insanlar anlayarlar ki, canlıya qarşı qəddarlığın da hüquqi və real nəticəsi var".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 290   Tarix: 05 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

4 oktyabr
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

4 oktyabr
.

Bəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq

5 oktyabr
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

4 oktyabr
.

Sevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB

Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə

5 oktyabr
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb ola

4 oktyabr
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

4 oktyabr
.

Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"

Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsi

5 oktyabr
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

4 oktyabr