Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir.
"Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronların enerji halları arasındakı keçidlər əsasında işləyir.
Nüvə saatlarında isə atom nüvəsindəki keçidlər izlənilir. Nüvələr xarici elektrik sahələrindən daha az təsirləndiyi üçün bu saatların daha dayanıqlı olması gözlənilir.
Tədqiqatçılar nüvə saatlarının kainatın sirli komponenti olan qaranlıq maddənin izlərini axtarmağa və fizikanın fundamental qanunlarını araşdırmağa kömək edə biləcəyini düşünürlər.
Texnologiyanın hazırlanmasında torium-229 elementindən istifadə olunub. Bu yanaşma ilk dəfə 2003-cü ildə təklif edilib.
Nüvə saatları hələ ən dəqiq atom saatları qədər sabit deyil. Alimlər daha güclü lazerlərdən istifadə etməklə bu problemin aradan qaldırıla biləcəyini bildirirlər.
Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunan iki məqalədə təqdim edilib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 135 Tarix: 08 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnsanı depressiyaya sürükləyən gündəlik davranışlar
Rusiyalı psixoloq Sergey Lanq hansı davranış formalarının və gündəlik vərdişlərin insanı tədricən depressiv vəziyyətə sala biləcəyini açıqlayıb. -ya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, əksər hallarda problem qəfil "çökmə" ilə yox, daxili motivasiyanın itirilməsi ilə başlayır
29 sentyabrİldə 300 gün ildırım çaxır - qeyri-adi hadisə harada yaşanır
Yer kürəsində hər saniyə 100 dəfə ildırım çaxdığı barədə geniş yayılan məlumat köhnə hesablamalara əsaslanır. Müasir peyk müşahidələrinə görə, dünyada saniyədə təxminən 35-55 ildırım parıltısı qeydə alınır. xarici mediaya istinadla xəbər verir ki, ildırımların ən intensiv müşahidə olunduğu yerlərdə
28 sentyabrElmi ekspedisiya kabusa çevrildi: "Mağara" filminin sirli dünyası
2005-ci ildə ekranlara çıxan "The Cave" (Mağara) macəra, elmi-fantastika və qorxu janrlarını bir araya gətirən filmlərdəndir. İllər keçməsinə baxmayaraq, yeraltı mağaralarda keçən gərgin süjeti ilə qorxu həvəskarlarının marağını qoruyub saxlayır. xarici mediaya istinadən film barədə məluma
28 sentyabrQız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi
Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi
4 oktyabrSanki yıxılırsınız: Yuxuya gedərkən bədən niyə qəfil diksinir?
Yuxuya gedərkən insanı qəfil oyadan bu ani diksinmənin elmi adı hipnik sıçrayışdır. Bu, əsasən qol və ya ayaq əzələlərinin qeyri-iradi yığılmasıdır və yıxılma hissi, ürəkdöyünmə və ya görüntülərin qısa müddətli canlanması ilə müşayiət oluna bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Science Blog"
29 sentyabrAzərbaycanda ən gənc müəllimin neçə yaşı var?
2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib
4 oktyabr