Bab əl-Məndəb boğazı Yəmən ordusunun nəzarətinə keçib
Yəmənin hökumət qüvvələri Bab əl-Məndəb boğazını və Perim adasını tamamilə nəzarətə götürüb, "Cənub nəhəngləri" briqadaları isə Dhubab rayonunda husilərlə toqquşmalara girərək onlardan bir neçəsini əsir götürüb.
"Report" xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "Al Arabiya English" məlumat yayıb.
Məlumata görə, "Cənub nəhəngləri" briqadaları Dhubab rayonunda husi yaraqlılarının tututlmasını əks etdirən foto və videolar yayımlayıb.
Yəmən mənbələrinin məlumatına görə, 9 sentyabr axşam saatlarında husilər bu bölgədəki mövqelərini gücləndirmək üçün Dhubabda mühasirəyə düşmüş döyüşçülərinə dəniz yolu ilə əlavə qüvvə göndəriblər.
Mənbələr həmçinin bildiriblər ki, gecə ərzində husilər Bab-əl-Məndəb boğazı istiqamətində raket hücumlarını və pilotsuz uçuş aparatları ilə zərbələri gücləndiriblər. Hərbi əməliyyatlar davam edir.
Eyni zamanda, sübh saatlarından etibarən "Yəmən Şəfəqi" əməliyyatı çərçivəsində Səədə və Səna əyalətlərindəki husi mövqelərinə hava zərbələri davam edir. Hərbi mənbələrin məlumatına görə, Yəmənin şimalında husilərin əsas istinadgahı hesab edilən Səədə əyalətinin Kitaf və Əl-Buka rayonlarına zərbələr endirilib.
Bab-əl-Məndəb boğazı beynəlxalq ticarət üçün strateji əhəmiyyətə malikdir, çünki o, Qırmızı dənizi Ədən körfəzi və Ərəbistan dənizi ilə birləşdirir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 133 Tarix: 09 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk
Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ
8 oktyabrFTB ABŞ-da ticarət mərkəzinə hücumun qarşısını alıb
ABŞ Federal Təhqiqat Bürosu, müstəntiqlərin fikrincə, hücumu hazırlayan 18 yaşlı bir kişini həbs etməklə Mall of America ticarət mərkəzinə edilən hücumun qarşısını alıb. xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat verib. Niyyətlərini sübut etmək üçün FTB agentləri ona tüfəng və sursa
8 oktyabrRubio: Bu tarixdə İranda böyük fəlakət olacaq
Neft gəlirlərinin dayandırılması səbəbindən İran qarşıdakı həftələrdə görünməmiş iqtisadi böhranla üzləşəcək. -a istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, Tehran sonda mövcud vəziyyəti qorumaqla inqilab arasında seçim etməli olacaq. "Amerikanın İran
9 oktyabrTramp Vitkoffun İran məsələsinin həlli üzərində işlədiyini bildirib
ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun İran böhranının həlli üçün fəal şəkildə çalışdığını açıqlayıb. xəbər verir ki, Tramp Texasda keçirilən seçki kampaniyası mitinqində çıxış edərkən bildirib ki, "O, İranla razılaşma üzərində işləyir". Onun sözlərinə görə, İran tərəf
8 oktyabrRusiya Ukraynada sərnişin avtobusuna zərbə endirib: 33 nəfər ölüb
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna zərbə endirib, nəticədə 33 nəfər ölüb və 18 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında bildirib. "Kramatorskda içərisində sərnişinləri
8 oktyabrDünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu
Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus
9 oktyabr