Aİ rusiyalılara qarşı viza yoxlamalarını gücləndirmək və sanksiyaları artırmaq niyyətindədir

Aİ rusiyalılara qarşı viza yoxlamalarını gücləndirmək və sanksiyaları artırmaq niyyətindədirAvropa İttifaqı (Aİ) viza üçün müraciət edən Rusiya vətəndaşlarının yoxlanılmasını, o cümlədən müraciət edənlərin hərbi keçmişinin yoxlanışını sərtləşdirmək, eləcə də Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiya siyahılarını "misli görünməmiş" şəkildə genişləndirmək niyyətindədir.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Brüsseldə keçirilən hazırlıq brifinqində Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) yüksəkvəzifəli əməkdaşı bildirib.

"Nə qədər rusiyalının Avropaya daxil ola biləcəyini daha dərindən yoxlamağa böyük maraq var", - o, oktyabrın 12-də Lüksemburqda keçiriləcək Aİ Xarici İşlər Şurasının iclası ərəfəsində deyib.

EEAS nümayəndəsi bildirib ki, Lüksemburqdakı iclasda nazirlər ilk növbədə hərbi-sənaye kompleksi ilə əlaqəli olan, lakin aralarında Ukraynanın işğal olunmuş ərazilərində Rusiya Federasiyası Dövlət Dumasına seçkilərin keçirilməsi ilə bağlı 77 siyasətçinin də yer aldığı 1,6 mindən çox fiziki və hüquqi şəxsi əhatə edən yeni sanksiya siyahısını təsdiqləməlidirlər.

O əlavə edib ki, Rusiya iqtisadiyyatı təcridin mənfi nəticələrini yaşayır və müharibəni davam etdirməyin Rusiya üçün xərcləri artır. Eyni zamanda, Brüssel Moskvaya təzyiqi gücləndirməyin yeni yollarını axtarmaq niyyətindədir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 108   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

FTB ABŞ-da ticarət mərkəzinə hücumun qarşısını alıb

ABŞ Federal Təhqiqat Bürosu, müstəntiqlərin fikrincə, hücumu hazırlayan 18 yaşlı bir kişini həbs etməklə Mall of America ticarət mərkəzinə edilən hücumun qarşısını alıb. xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat verib. Niyyətlərini sübut etmək üçün FTB agentləri ona tüfəng və sursa

8 oktyabr
.

Yunanıstanda neft emalı zavodunda partlayış olub - yaralılar var

Yunanıstanın Aqioi-Teodori şəhərində "Motor Oil" şirkətinə məxsus neft emalı zavodunda partlayış baş verib. Bu barədə "Skai" telekanalı müəssisənin Mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində 2 nəfər yaralanıb. İnsident yerli vaxtla saat 11:00-da (Bak

9 oktyabr
.

İstanbulda yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çöküb. Qaynarinfo bu barədə "TRT Haber"ə istinadən xəbər verir. Hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalan şəxslərin olduğu bildirilir. Onların axtarış-xilasetmə işlərinə başlanıb. Hadisə nəticəsind

8 oktyabr
.

Rusiya Ukraynaya kütləvi zərbələr endirdi - Ölənlər arasında uşaqlar da var

Rusiya qüvvələri oktyabrın 7-də Ukraynanın bir sıra şəhərlərinə genişmiqyaslı raket və dron hücumları həyata keçirib. Ən ağır zərbə Çerniqov vilayətinin Prıluki şəhərinə dəyib. Reuters-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının vurulması nəticəsində ən azı 20 nəfər, o cümlədən 5 uşa

8 oktyabr
.

76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq

Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy

7 oktyabr
.

ABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!

İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub. "Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tər

7 oktyabr
.

Vens: "İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır"

İran ABŞ-la müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır. "Report"un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Reuters"ə müsahibəsində deyib. "Əgər nüvə silahı istəmirsinizsə, onda uranı niyə 60 faizə qədə

7 oktyabr
.

30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı

ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da

7 oktyabr
.

Rusiya Ukraynada sərnişin avtobusuna zərbə endirib: 33 nəfər ölüb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna zərbə endirib, nəticədə 33 nəfər ölüb və 18 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında bildirib. "Kramatorskda içərisində sərnişinləri

8 oktyabr