İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb.
Sonxeber.az President.az-a istinadən həmin müraciətin mətnini təqdim edir:
"Sizi Bakı şəhərində TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşündə səmimi-qəlbdən salamlayıram.
Azərbaycan hər zaman, xüsusilə də TDT-yə sədrliyi dövründə təşkilatın institusional olaraq güclənməsi, qlobal müstəvidə nüfuzunun artması və vahid ailəmiz olan türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər etmişdir.
Tarixi İpək Yolunun mərkəzində yerləşən türk dünyası bütün dövrlərdə dahi şəxsiyyətlərin, alimlərin, mütəfəkkirlərin vətəni olmuşdur. Xalqlarımızın zəngin elmi və mədəni irsi, böyük insan kapitalı və artan innovasiya potensialı TDT çərçivəsində əqli mülkiyyət sahəsində əməkdaşlığın ayrıca istiqamət kimi formalaşması və sıx qarşılıqlı fəaliyyət üçün imkanlar yaradır. Bu xüsusda, müvafiq qurumların rəhbərlərinin görüşlərinin təşkili təqdirəlayiq haldır. Ötən il Bişkek şəhərində keçirilmiş ilk görüş bu sahədə atılmış əhəmiyyətli addım idi.
Süni intellektin, rəqəmsallaşmanın və digər yeni həllərin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir. Bu prosesdə texnoloji tərəqqinin yaratdığı imkanlardan səmərəli yararlanmaqla yanaşı, müəllif və ixtiraçıların hüquqlarının etibarlı qorunması, innovasiyaların təşviqi və cəmiyyətin maraqları arasında optimal tarazlığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi, habelə süni intellektin tətbiqinin genişləndirilməsi sahəsində elmi tədqiqatların və ixtisaslı kadr potensialının gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Türk xalqlarının ortaq mədəni irsinin qorunması, onun mənimsənilməsinin və təhrif olunmasının qarşısının alınması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən biri olmalıdır. Azərbaycanda əqli mülkiyyət hüququnun əsasları ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuş və sonrakı illərdə daha da təkmilləşdirilmişdir.
Əminəm ki, Bakı görüşü zamanı aparılacaq müzakirələr, irəli sürüləcək təşəbbüslər əqli mülkiyyət institutları arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə, türk dünyasının qlobal rəqabətdə geri qalmamasının təmin edilməsi məqsədilə hərtərəfli inkişaf üçün əlverişli mühitin formalaşmasına töhfə verəcəkdir.
Tədbirin işinə uğurlar arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Sabahın havası: Yağış, şimşək, duman...
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto