Şuşada kişi araq almağa pul verməyən arvadını döydü
Şuşada arvadını döyən kişi həbs edilib.
Sonxeber.az Lent.az-a istinadla xəbər verir ki, 51 yaşlı Məmməd Əhmədov (ad və soyad şərtidir) evdə yaranan mübahisə zamanı arvadı Əsməri (ad şərtidir) döyərək, çoxsaylı xəsarətlər yetirib.
Fakt əsasında Məmməd polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq protokol tərtib olunub.
M.Əhmədov ifadəsində bildirib ki, araq almaq üçün arvadından pul istəyib. Əsmər buna etiraz edəndə isə aralarında mübahisə yaranıb. Bu zaman Məmməd yumruqla Əsmərin baş nahiyəsindən vurub. Onun sözlərinə görə, daha sonra Əsmər onu itələyərək otaqdan çıxarıb və qapını örtüb. Lakin Məmməd yenidən otağa daxil olmaq üçün qapını bərkdən itələyib. Qapı Əsmərin gicgah nahiyəsinə dəyib. Nəticədə qadın bir sıra xəsarətlər alıb.
Məmməd izahatında qeyd edib ki, hadisə zamanı spirtli içkinin təsiri altında olub, əməlindən peşmandır.
Zərərçəkmiş Əsmərin sözlərinə görə, əri Məmməd spirtli içki aludəçisi olduğuna görə dörd ay reabilitasiya mərkəzində müalicə alıb. O, hazırda şikayətçi olduğunu deyərək ərinin tutulmasını istəyib.
Məhkəmənin qərarı ilə M.Əhmədov bir ay müddətində inzibati qaydada həbs olunub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 266 Tarix: 31 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həmin "lyuk"un qapağı bərpa edildi - Video
Abşeron rayon Xırdalan şəhərində minik avtomobillərinin düşdüyü kanalizasiya quyusuna yeni qapaq (və ya barmaqlıq) quraşdırılıb. "Qafqazinfo" xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində - "Rahat Market"in qarşısında qəzalı vəziyyət yaradan quyuya aidiyyəti qurumların əməkdaşlar
28 oktyabrAbşeronda kişi borc aldığı arvadını bıçaqladı
Abşeron rayonunda kişi borc aldığı arvadını bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sabir Əliyev (ad və soyad şərtidir - red.) həyat yoldaşından borc alıb və bir neçə günə qaytaracağına söz verib. Müddət baş
29 oktyabrNoyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Noyabr ayında va bəzi ərazilərdə aylıq yağıntının miqdarı iqlim normasından çox olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olmas
31 oktyabrBeyləqanda gənc faciəli şəkildə öldü
Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır
1 noyabrBinəqədidə yaşıllıqlar məhv edilir? - Sakinlər İcra Hakimiyyətini ittiham edir
Binəqədi rayonunun mərkəzi hissəsində aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. xəbər verir ki, sakinlərin məlumatına görə, bir müddət əvvəl hasara alınan ərazidəki yaşıllıqlar məhv edilib, daha sonra isə həmin sahədə dəmir konstruksiyalardan ibarət obyekt inşa olunmağa başlanıb. Sakinlə
24 oktyabrAzərbaycanda MÜƏMMALI ÖLÜM: Ailənin yeganə övladının MEYİTİ TAPILDI - FOTO
Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. -a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur. Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyini
31 oktyabr