Dubayda maşın alverçisi olan sevgilisi tərəfindən təhdid olunan xanım kömək istədi: "Həyatım təhlükə altındadır!"
"Real Azərbaycan"a müraciət edən Gülxar Novruzlu münasibətdə olduğu şəxs tərəfindən təhdid olunduğunu bildirir.
Gülxar Novruzlunun sözlərinə görə, Dubayda avtomobil alveri ilə məşğul olan Seyid Hüseyn onunla münasibətə son qoyduğu üçün onu təhdid edir. O, həmçinin sosial şəbəkə hesablarında ona məxsus fotoların paylaşılaraq barəsində insan alveri ilə bağlı ittihamların səsləndirildiyini deyir.
"Deyir ki, sən insan alveri ilə məşğulsan, səni tutduracağam. Mənə qarşı şər-böhtan atılır. Bu paylaşımlara görə ailə üzvlərim və yaxınlarım çox narahatdır, ciddi stress keçirirlər. Artıq çıxılmaz vəziyyətdəyəm və məcbur qalıb mediaya üz tutdum", - deyə Gülxar Novruzlu bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı artıq şifahi şəkildə şikayət edib. Gülxar Novruzlu Daxili İşlər Nazirliyinə və digər hüquq-mühafizə orqanlarına rəsmi müraciət edəcəyini bildirir.
"Həyatım təhlükə altındadır. Xahiş edirəm, hüquq-mühafizə orqanları mənə yardım etsin, müraciətimə diqqətlə yanaşılsın və təhlükəsizliyimin təmin olunması üçün lazımi tədbirlər görülsün. Çarəsiz qaldığım üçün media vasitəsilə də kömək istəyirəm", - deyə Gülxar Novruzlu qeyd edib.
Gülxar Novruzlu aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və ona hüquqi yardım göstərilməsini xahiş edir.(serhed.az)
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 254 Tarix: 24 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib. -ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə külli miqdarda dələduzluqda təqsirləndirilən Rüfət Qasımzadə və Məmməd Məmmədzadə saxlanılıblar. Nəsimi Rayon Polis İdarəsində hər iki şəxs barədə Cinayət Məcəlləsini
21 oktyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrGəncədə avtomobil qəzası: Bir nəfər ölüb
Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs
24 oktyabrLənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev
14 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrZaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşlı Firəngiz Məmmədovanı vurub. Hadisə zamanı TIR qadının ayaqlarının üstündən keçib
17 oktyabrYağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, şimal-şərq küləyi əsəcəyi ehtimalı var
25 oktyabr