Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planıNoyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qisminin bir neçə günlük istirahət üçün bölgələrə üz tutmasına səbəb olacaq. Xüsusilə ailəsi ilə rayonlara getmək istəyənlər səfər xərclərini, hotel qiymətlərini və istirahət imkanlarını əvvəlcədən nəzərə almalıdırlar.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan turizm məsələləri üzrə ekspert Əziz Şiriyev bildirib ki, bayram günlərində bölgələrə səfərlərə maraq artacaq:

"Bayram ərəfəsində qiymət dəyişikliyi normal haldır. Bu, təkcə bayram günlərində deyil, festivallar və müxtəlif tədbirlər zamanı da müşahidə olunur. Otellər il ərzində qiymət siyasəti müəyyənləşdirərkən aşağı və yüksək mövsümləri nəzərə alırlar. Bayram günləri isə xüsusi dövr hesab olunur. pizza mizza

Otellərdə bu cür tarixlər "Blackout Days" adlandırılır. Noyabr bayramları qış mövsümünə təsadüf etdiyindən qiymətlərdə müəyyən artım müşahidə oluna bilər. Xüsusilə noyabrın 7-10-da Zəfər Günü ilə əlaqədar insanların Qarabağa səfərlərə marağı artır. Bir çox insan bu günü Qarabağda qeyd etmək, Zəfər sevincini həmin ərazilərdə yaşamaq istəyir".

Ekspert qeyd edib ki, bayramda bir, iki və üçgünlük turlara maraq olacaq. Onun sözlərinə görə, gecələməli turlar həm rahat, həm də sərfəli olur:

"Digər turistlər isə qızıl payızın gözəlliklərindən yararlanmaq üçün İsmayıllı və Qəbələ istiqamətinə üz tuturlar. Cənub bölgəsinə səfər etmək istəyənlər də var. Xüsusilə sitrus meyvələrinin yetişdiyi bu dövrdə insanlar bağlara gedərək məhsulları öz əlləri ilə toplamaq, təbiətlə təmasda olmaq imkanı əldə edirlər. Bayram günlərində ölkənin, demək olar ki, bütün istiqamətlərinə səfərlərin təşkili gözlənilir. Birgünlük, iki günlük və üçgünlük turlara maraq var. Bəzi insanlar birgünlük səfərlərə üstünlük versələr də, digərləri üçün gecələmə imkanının olması vacibdir. Çünki bir gün ərzində gedib-qayıtmaq bəzən yorucu olur. Bu baxımdan, vətəndaşlara turizm şirkətlərinə müraciət etməyi tövsiyə edirəm. Turizm şirkətləri il ərzində otellərlə mütəmadi qrup turları təşkil etdiklərinə və korporativ əməkdaşlıq qurduqlarına görə daha münasib qiymətlər əldə edə bilirlər. Hazırda şirkətlərin təşkil etdiyi iki və üçgünlük turlar fərdi qaydada səfər etməkdən daha sərfəli ola bilər.

Qiyməti 99, 109, 119 və 129 manat olan turlar mövcuddur. Bu qiymətə oteldə bir gecəlik qalmaq, səhər yeməyi, nəqliyyat, ekskursiyalar və tur rəhbərinin xidmətləri daxil ola bilər. Beləliklə, turistlər əlavə xərclərini əvvəlcədən planlaşdıra bilirlər".

Ə.Şiriyev şəxsi avtomobillə səyahət edənlərə büdcələrinə uyğun otel seçməyi tövsiyə edib:

"Fərdi şəkildə, şəxsi nəqliyyat vasitəsi ilə səfər etmək istəyənlər isə otel seçimlərini büdcələrinə uyğun müəyyənləşdirə bilərlər. Məsələn, Xankəndi şəhərində üçulduzlu oteldə iki nəfərin bir gecəlik qalması təxminən 80-100 manata başa gəlir. Daha dəbdəbəli, beşulduzlu otellərdə isə qiymətlər daha yüksəkdir. Xüsusilə bayram ərəfəsində tanınmış otel şəbəkələrində iki nəfər üçün bir gecəlik qalmağın qiyməti səhər yeməyi daxil olmaqla 200 manatdan çox ola bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 414   Tarix: 01 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

31 oktyabr
.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31 oktyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr