Moldova və Rumıniyanın birləşməsi prosesi praktiki mərhələyə keçib
Moldova ilə Rumıniya arasında yaxınlaşma prosesi artıq birgə infrastruktur və enerji layihələri sayəsində praktiki aləmə qədəm qoyub.
"Report" xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy TVR Moldova telekanalının efirində bildirib.
Onun sözlərinə görə, iki ölkənin birləşməsi prosesi artıq faktiki olaraq baş verir.
"Bilmək lazımdır ki, bu proses artıq gedir. Birləşmə avtomagistralı tikilir, Prut çayı üzərində körpülər salınır, enerji bağlantıları və digər infrastruktur layihələri çayın hər iki sahilini praqmatik şəkildə bir-birinə yaxınlaşdırır", - Popşoy qeyd edib.
Nazir bildirib ki, Moldova cəmiyyəti ənənəvi olaraq Rumıniya ilə birləşmək ideyasına müəyyən dərəcədə açıq yanaşıb. Onun fikrincə, konkret birgə layihələrin həyata keçirilməsi belə bir addımın üstünlüklərinə vətəndaşları siyasi bəyanatlardan daha effektiv şəkildə inandıra bilər.
Bununla yanaşı, Popşoy iki dövlətin mümkün birləşməsinin vaxtı ilə bağlı hər hansı tarix açıqlamayıb.
Qeyd edək ki, Moldova Konstitusiyasına əsasən, ölkə neytral dövlət statusunu saxlayır. Bununla belə, 2022-ci ildən etibarən Kişineu Avropa İttifaqı və Rumıniya ilə yaxınlaşma siyasətini fəallaşdırıb. 2023-cü ildə isə Moldova parlamenti qanunvericilik və normativ sənədlərdə dövlət dilinin adının "rumın dili" kimi təsbit edilməsini təsdiqləyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 160 Tarix: 08 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı
ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin
8 noyabrİran raketlərinin uçuş məsafəsinə tətbiq olunan məhdudiyyət ləğv edildi
İran öz raketlərinin uçuş məsafəsinə tətbiq edilən məhdudiyyəti aradan qaldırıb. ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Möhibi məlumat verib. "İran üçün raketlərin mənzillənmə limiti ləğv edilib"
7 noyabrİranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs
8 noyabrKaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
7 noyabrSüni intellekt heyvanların sayımında alimlərə kömək etdi
Süni intellekt təbiətin və heyvanların qorunması sahəsində yeni imkanlar yaradıb. xəbər verir ki, "Reuters"in araşdırmasına görə, texnologiya 200 min vəhşi təbiət fotosunu cəmi bir neçə saata təhlil edərək alimlərə heyvanların sayını müəyyənləşdirməyə kömək edib. Süni intellekt həmçinin meş
8 noyabrTrampla demokratlar arasında qarşıdurma dərinləşir
ABŞ prezidenti Donald Tramp, onun administrasiyası, tərəfdaşları və respublikaçı donorları ilə bağlı Konqres araşdırmaları aparmaq planlarını açıqladıqdan sonra Ədliyyə Nazirliyinə Demokrat Partiyasının üzvlərini araşdırmağı əmr edib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Trut
8 noyabr