44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi

44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi"44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin altıncı ildönümündə bir daha aydın görünür ki, Zəfər Günü Azərbaycanın müasir dövlətçilik tarixində sadəcə təqvim sırasına daxil olan bir bayram deyil, milli şüurun, geostrateji reallığın və hüquqi suverenliyin tam təmin olunmasının rəmzi kimi öz əzəmətini nəinki qoruyub saxlayır, üstəlik öz tarixi önəmini günbəgün artırır. Zaman keçdikcə əhəmiyyətini itirməyən bu Zəfər, illər ötdükcə arxasında dayanan milli iradənin, hərbi-strateji planlaşdırmanın və dəmir məntiqin nə dərəcədə dərindən işlənildiyini nümayiş etdirən unikal dönüş nöqtəsidir". Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov bildirib.
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsiOnun sözlərinə görə, bu möhtəşəm tarixi dönüşün memarı və əsas hərəkətverici qüvvəsi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çoxşaxəli strateji liderliyidir: "Onilliklər ərzində beynəlxalq kürsülərdə formalaşdırılan hüquqi-diplomatik zəmin, informasiya mübarizəsində yürüdülən hücum diplomatiyası və V nəsil döyüş taktikasına söykənən modern ordu quruculuğu məhz dövlət başçısının sarsılmaz siyasi iradəsinin nəticəsidir. Aydındır ki, 44 gün boyunca döyüş əməliyyatlarına birbaşa rəhbərlik edərək Şuşanın azad olunması kimi unikal bir Zəfərə imza atan Ali Baş Komandan adını tarixə qalib sərkərdə kimi həkk etmişdir. Bu liderlik fenomeninin və dövlət adamı böyüklüyünün ən parlaq göstəricisi isə cənab İlham Əliyevin bu möhtəşəm qələbəni xaqlın ortaq mənəvi ucalığına çevirməsidir. Otuz illik məğlubiyyət kompleksini sıradan çıxaran Ali Baş Komandan hər bir azərbaycanlının qələbənin şərəfinə şərik etməklə şəhidlərimizi, veteranlarımızı və cəbhə arxasında dayanan hər bir sıravi vətəndaşı böyük mənəvi ucalıq göstərərək bu Zəfərin bərabərhüquqlu otağına çevirməklə, xalqımıza əbədi "Qalib Millət" kimliyini qazandırmışdır.

Siyasi və hüquqi müstəvidə bu qələbə Cənubi Qafqazda son iki əsr boyunca formalaşmış güc balansını kökündən dəyişərək rəsmi Bakını regionun şərtləri müəyyənləşdirən əsas aktoruna çevirmişdir. Azərbaycan səmərəsiz "status-kvo" formatlarını darmadağın edərək BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış qətnamələrini self-defense hüququ çərçivəsində özü icra etmiş, beynəlxalq hüququn aliliyini bərpa etmişdir. 2023-cü ilin sentyabrındakı uğurlu antiterror tədbirləri ilə bu hüquqi çərçivə tam tamamlanmış, ölkənin bütün ərazisində Konstitusiya quruluşu bərqərar olunmuşdur. Qazanılan bu Zəfər yalnız işğala son qoymaqla bitməmiş, bütün Avrasiya məkanında "Orta dəhliz" kimi yeni logistik marşrutların və nəqliyyat-enerji xəritəsinin formalaşmasına zəmin yaradaraq Bakını bərabərhüquqlu tərəfdaşlıq tələb edən müstəqil güc mərkəzinə çevirmişdir.

Zəfərin dayanıqlılığını və onun post-münaqişə dövründəki strateji davamını təmin edən həlledici amil isə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Quruculuq və Bərpa prosesidir. Hərbi sahədə qazanılan Qələbə modern infrastruktur layihələri, smart şəhər və kənd konseptləri, beynəlxalq hava limanları və "Böyük Qayıdış" proqramı çərçivəsində soydaşlarımızın öz yurdlarına ləyaqətli dönüşü ilə mülki-geosiyasi müstəvidə daha da möhkəmləndirilir. "Qarabağ Azərbaycandır və nida" ideologiyası ətrafında bərqərar olunmuş sarsılmaz Xalq-Ordu-Lider birliyi, eyni zamanda işğaldan azad edilmiş torpaqlarımızın və sərvətlərimizin milli iqtisadiyyata sürətli reinteqrasiyası Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin və geosiyasi qüdrətinin əbədi zəmanətçisi kimi çıxış edir".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 371   Tarix: 07 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:. "Azərbaycan Respublikasının Prezidenti Zati-alilari cənab İlham Əliyevə. Cənab Prezident, əziz Qardaşım. Otuz il işğal altınd

7 noyabr
.

Prezident Ağdama getdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 6 hektarda

7 noyabr
.

Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

"Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevi

5 noyabr
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". xəbə

7 noyabr
.

"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva

8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın

7 noyabr
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

6 noyabr
.

İlham Əliyev brazilyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev brazilyalı həmkarı Luiz İnasio Lula da Silvanı təbrik edib. Qaynarinfo xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Braziliya ilə dostlu

5 noyabr
.

Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam

Prezident İlham Əliyev Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənf

4 noyabr
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası

7 noyabr