Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMASon dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsiri xüsusi diqqət tələb edir. Belə hadisələrin qarşısını tamamilə almaq mümkün olmasa da, düzgün ekoloji planlaşdırma və qabaqlayıcı tədbirlər onların vurduğu zərəri azaltmağa kömək edə bilər.

Bəs, Azərbaycanda müşahidə olunan güclü küləklər, intensiv yağıntılar, sel və daşqınlar iqlim dəyişiklikləri ilə nə dərəcədə əlaqəlidir? Bu hadisələrin fəsadlarını azaltmaq üçün hansı ekoloji və infrastruktur tədbirləri həyata keçirilməlidir?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, Azərbaycanın iqlimini həm şimaldan, həm də cənubdan gələn siklonlar müəyyən edir.

"Azərbaycan və Xəzər dənizi elə bir coğrafi mövqedə yerləşir ki, şimaldan Böyük Qafqaz sıra dağları, cənubdan isə Elburus dağları bu hava axınlarının hərəkətinə təsir göstərir. Şimaldan gələn arktik siklonlar Şərqi Avropa, Skandinaviya ölkələri, eləcə də Şərqi Sibir istiqamətindən Azərbaycana daxil olur. Bu soyuq hava kütlələri Böyük Qafqaz sıra dağları ilə qarşılaşdıqda Xəzər dənizinin şimalına doğru yönəlir və sıxılır. Nəticədə dənizlə hava arasında təzyiq fərqi yaranır. Təzyiq fərqi artdıqca külək formalaşır. Gələn soyuq siklonlar güclü olduqda isə bu külək sürətlənir. Məhz buna görə Xəzər hövzəsində yerləşən ölkələrdə, xüsusilə Bakı və Abşeron yarımadasında şimal küləkləri, yəni Xəzri tez-tez müşahidə olunur".

Ekspert bildirib ki, cənubdan isə isti hava kütlələri gəlir:

"Afrika istiqamətindən hərəkət edərək İran üzərindən Azərbaycana daxil olan bu hava axınları Elburus dağlarının təsiri ilə sıxılır və yerli şəraitdə Gilavar adlandırılan küləklərin yaranmasına səbəb olur. Şimaldan gələn arktik siklonlar xüsusilə qışda soyuq hava gətirir, yayda isə havanın nisbətən sərinləşməsinə səbəb olur. Cənubdan gələn isti hava kütlələri isə həm qışda, həm də yayda temperaturun yüksəlməsinə təsir göstərir. Beləliklə, bu hava axınları Azərbaycanın coğrafi və meteoroloji şəraitinin formalaşmasında mühüm rol oynayır. Xəzər hövzəsində yaranan təzyiq fərqləri də güclü küləklərlə müşahidə olunur. Məsələn, şimalda havanın soyuması, cənubda isə nisbətən isti hava şəraitinin olması təzyiq fərqini artırır. Bu da güclü küləklərin yaranmasına səbəb olur".

Onun sözlərinə görə, belə hadisələr Azərbaycan üçün mütəmadi xarakter daşıyır:

"Lakin iqlimdə baş verən kəskin dəyişikliklər və temperaturun artması bu proseslərin intensivliyini də artırır. Məsələn, qısamüddətli intensiv yağışlar yağır, digər dövrlərdə isə uzunmüddətli quraqlıq müşahidə olunur. Quraqlıq zamanı buxarlanmanın həcmi artır. Sonradan intensiv yağışlar yağdıqda isə ciddi fəsadlar yarana, sel və daşqınlar baş verə bilər. Azərbaycanın iqlim şəraiti bu cür proseslərin təsiri altında formalaşır. Düşünürəm ki, bu baxımdan bizim edə biləcəyimiz əsas iş mövcud iqlim şəraitinə uyğunlaşmaqdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 459   Tarix: 06 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr