Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİRAzərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlər hərbi xidmətə çağırış qaydaları, möhlət hüququnun əhatə dairəsi və mümkün qanunvericilik dəyişiklikləri ilə bağlı müzakirələr də diqqət çəkir.

Bəs, hansı hallarda gənclər hərbi xidmətə çağırışdan tamamilə azad edilə və ya onlara möhlət verilə bilər? Sağlamlıq, təhsil və ailə vəziyyəti ilə bağlı güzəştlər hansı meyarlarla müəyyən olunur və bu sahədə hansı yeni dəyişikliklər gündəmdədir?
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİRMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, üanunvericilikdə nəzərdə tutulan hallara əsasən, ali təhsil alan şəxslərə, yəni bakalavr, magistratura və doktorantura pillələrində əyani təhsil alanlara həqiqi hərbi xidmətdən möhlət verilir.

"Əvvəlki illərdə tələbələrdən təhsil aldıqları müəssisəyə qəbul olunduqlarını və əyani təhsil aldıqlarını təsdiq edən arayışı bir dəfə təqdim etmək tələb olunurdu. Yeni qaydalara əsasən isə həmin arayış hər il təqdim edilməlidir. Bu yanaşma müəyyən mənada əsaslıdır. Çünki bəzi şəxslər təhsil müddətində sessiyaları başa vurmadan təhsildən ayrılır, intizamsızlıq və digər səbəblərdən tələbə statuslarını itirirdilər. Belə hallarda onların hərbi xidmətdən möhlət hüququ da aradan qalxırdı. Lakin əvvəlki qaydada arayış təqdim edildikdən sonra həmin şəxslərin təhsillərini müəyyən edilmiş müddətədək davam etdirəcəkləri nəzərdə tutulurdu. Hazırda bu sahədə yeni yanaşmalar və müxtəlif təkliflər müzakirə olunur. Hesab edirəm ki, özünü elmə və təhsilə həsr etmiş gənclər üçün şərait yaradılmalıdır ki, onlar təhsilin bütün pillələrini başa vura bilsinlər. Çünki bu gənclər gələcəkdə Vətənə, torpağa və xalqa elm adamı kimi xidmət etmək üçün özlərini hazırlayırlar".

Ekspert bildirib ki, hələlik bu istiqamətdə təkliflər qanunvericilikdə təsdiqini tapmasa da, maraqlı yanaşmalar mövcuddur:

"Məsələn, mənim də dəfələrlə irəli sürdüyüm təkliflərdən biri alternativ xidmət haqqında qanunun qəbul edilməsidir. Bu qanunun qəbul edilməsi məsələsi hələ 1990-cı illərdən müzakirə mövzusu olaraq qalır. Həmin dövrdə Qarabağ məsələsi ilə bağlı vəziyyət bu istiqamətdə qərarların qəbuluna təsir göstərirdi. Artıq ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunduğuna görə alternativ xidmət haqqında qanunun qəbul edilməsinə ehtiyac var. Çünki bu imkandan yararlanmaq istəyən onlarla, yüzlərlə, hətta minlərlə çağırışçı ola bilər. Sağlamlıq, təhsil və ailə vəziyyəti ilə bağlı güzəştlərə gəldikdə isə, onların müəyyənləşdirilməsi müvafiq meyarlar əsasında həyata keçirilir".

Onun sözlərinə görə, sağlamlıq vəziyyəti ilə əlaqədar son dövrlərdə müəyyən dəyişikliklər edilib:

"Əvvəllər uzun müddət sağlamlıq səbəbindən hərbi xidmətdən möhlət hüququ əldə etmiş şəxslər hazırda yenidən tibbi müayinədən keçirilirlər. Bu müayinələr Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq həkim komissiyaları tərəfindən aparılır. Nəticədə bəzi şəxslər əvvəlki diaqnozlarına baxmayaraq, hərbi xidmətə yararlı hesab edilirlər. Təhsillə bağlı möhlət hüququ isə bakalavr, magistratura və doktorantura pillələrində əyani təhsil alanlara şamil olunur. Ailə vəziyyətinə görə möhlət hüququ ilə bağlı əvvəlki güzəştlər isə artıq məhdudlaşdırılıb. Hazırda bu güzəşt üç və daha çox uşağı olan şəxslərə şamil edilir. Yəni həqiqi hərbi xidmətə çağırılan şəxsin üç və ya daha çox övladı varsa, ona hərbi xidmətdən möhlət hüququ verilir. Bununla belə, çağırış yaşında üç və daha çox uşağı olan şəxslərin sayı çox azdır. Ona görə də bu güzəştdən yararlananların sayı da kifayət qədər məhduddur".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 430   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr