Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMABu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarının dərslərdən geri qalmaması və daha yaxşı nəticə göstərməsi üçün repetitor dəstəyinə ehtiyac duyduğunu düşünür.

Digər tərəfdən, bu yaşda uşaqların məktəbdən sonra da dərs yükü altında qalması, oyun və istirahət vaxtının məhdudlaşması onların psixoloji və fiziki inkişafına mənfi təsir göstərə bilər. Bəs birinci sinif şagirdinin repetitor yanına getməsi nə dərəcədə doğrudur və bu, təhsildəki hansı boşluqlardan xəbər verir?
Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, son illər ibtidai sinif şagirdlərinin belə məktəbdənkənar hazırlığa, repetitor yanına getməsinə daha çox rast gəlinir. Əslində, bu tendensiya düşündürücüdür. Çünki ibtidai təhsil uşağın gələcək təhsil həyatının təməl mərhələsidir və şagird bu dövrdə əsas bilik və bacarıqları məktəbdə mənimsəməlidir. Əgər uşaq artıq 1-ci, 2-ci sinifdən əlavə hazırlığa ehtiyac duyursa, burada diqqət yetirilməli bir neçə məqam var. İlk növbədə, bunun səbəbini yalnız dərs yükünün çoxluğunda axtarmaq düzgün olmazdı. Burada bir neçə amil üst-üstə düşür. Bəzi hallarda tədris proqramının məzmunu və dərslərin tempi uşaqların yaş xüsusiyyətlərinə uyğun olaraq mənimsəmədə çətinlik yarada bilir. Hər bir şagirdin öyrənmə sürəti, qavrama qabiliyyəti və fərdi ehtiyacları eyni deyil. Müəllim müəyyən mövzunu sinifdə izah etsə də, bütün şagirdlərin həmin mövzunu eyni səviyyədə mənimsəməsi mümkün olmur. Sinifdə fərdi yanaşma və əlavə izah üçün kifayət qədər vaxt olmadıqda valideynlər çıxış yolunu repetitorda görürlər.

Digər mühüm səbəb valideynlərin narahatlığı və yüksək gözləntiləridir. Bəzi valideynlər övladlarının sinif yoldaşlarından geri qalmasını istəmir, yüksək qiymət almasını və bütün fənləri mükəmməl bilməsini istəyirlər. Nəticədə uşaq məktəbdə keçdiyi dərslərlə kifayətlənməyərək evdə də əlavə tapşırıqlar yerinə yetirməli olur. Bəzən isə uşağın real ehtiyacı olmadığı halda belə, valideynlər digər şagirdlərin repetitor yanına getməsini əsas götürərək eyni addımı atırlar. Beləliklə, repetitor hazırlığı ehtiyacdan daha çox bir növ zərurət kimi qəbul edilməyə başlayır.

Digər tərəfdən, ibtidai siniflərdə oxu, yazı, riyazi təfəkkür və məntiqi düşünmə bacarıqlarının düzgün formalaşmaması sonrakı mərhələlərdə ciddi çətinliklər yarada bilər. Məsələn, şagird ibtidai sinifdə riyazi əməliyyatların məntiqini tam mənimsəmirsə, yuxarı siniflərdə daha mürəkkəb mövzuları öyrənməkdə çətinlik çəkəcək. Valideynlər də bu boşluqları aradan qaldırmaq üçün əlavə müəllimə müraciət edirlər.

Mən hesab edirəm ki, burada əsas məsələ uşaqları daha çox dərs oxutmaq deyil, onlara məktəbdə verilən biliklərin keyfiyyətli şəkildə mənimsədilməsidir. İbtidai sinif şagirdinin məktəbdən sonra saatlarla əlavə hazırlığa cəlb edilməsi onun həm istirahətinə, həm də psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Bu yaş dövründə uşağın oyun, ünsiyyət, idman və asudə vaxt ehtiyacı da nəzərə alınmalıdır. Təhsil yalnız dərs və qiymətdən ibarət deyil. Problemin həlli üçün ilk növbədə məktəbdaxili tədrisin keyfiyyətinə diqqət artırılmalı, mövzunu mənimsəməkdə çətinlik çəkən şagirdlərlə fərdi və əlavə iş aparılmalıdır. Müəllimlər şagirdlərin bilik səviyyəsini vaxtında müəyyən etməli, valideynlər isə hər hansı çətinlik yaranan kimi repetitora müraciət etmək əvəzinə, əvvəlcə problemin səbəbini aydınlaşdırmalıdırlar.

Repetitor hazırlığı özlüyündə yanlış deyil. Əgər şagirdin müəyyən fənn üzrə real bilik boşluğu varsa, əlavə məşğələlər faydalı ola bilər. Ancaq bunun ibtidai sinifdən bütün uşaqlar üçün məcburi və ya qaçılmaz bir mərhələyə çevrilməsi düzgün yanaşma deyil. Məktəbin əsas vəzifəsi uşağa bilik vermək, öyrənmə bacarığı formalaşdırmaq və onu növbəti təhsil pilləsinə hazırlamaqdır. Valideynin əlavə müəllim axtarmağa ehtiyac duymadığı təhsil mühiti yaratmaq isə sistemin qarşısında duran əsas vəzifələrdən biri olmalıdır.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 147   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr