Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMAMəktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsir göstərə bilər. Bu baxımdan, dərsliklərin sayının və çəkisinin azaldılması, elektron resurslardan istifadə, eləcə də məktəblərdə əlavə kitabların saxlanılması kimi alternativlərin tətbiqi müzakirə olunur.

Bəs, məktəblilərin ağır çantalar daşımasının qarşısını almaq üçün təhsil sistemində hansı dəyişikliklərə ehtiyac var? Dərsliklərin çəkisinin azaldılması, elektron dərsliklərə keçid və məktəblərdə kitabların saxlanılması şagirdlərin sağlamlığının qorunmasına nə dərəcədə kömək edə bilər və bu istiqamətdə hansı konkret addımlar atılmalıdır?
Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, məktəbli çantalarının ağırlığı təkcə Azərbaycanda deyil, inkişaf etmiş ölkələrdə də problem yaradır.

"Hər bir ölkə bu məsələnin həlli üçün özünəməxsus yollar tətbiq edir. Azərbaycanda da elektron dərsliklərdən istifadə olunur. Xüsusilə ibtidai siniflərdə ağır dərsliklərin daşınması problemini məktəblərin özləri də həll edə bilərlər. Məsələn, dərsliklərin məktəbdə saxlanılması, şagirdlərin isə zəruri tapşırıqları evdə yerinə yetirməsi təmin oluna bilər. Bu halda uşaqlar hər gün ağır kitabları özləri ilə daşımaq məcburiyyətində qalmazlar. Digər tərəfdən, valideynlər də bəzən uşaqların çantalarına əlavə ləvazimatlar, su qabları və idman geyimləri qoyurlar ki, bu da çantanın ağırlığını artırır. Problemin aradan qaldırılması üçün məktəblərdə, xüsusilə ibtidai siniflərdə şagirdlərə aid şkafların yaradılması vacibdir. Uşaqlar gündəlik istifadə etdikləri zəruri ləvazimatları həmin şkaflarda saxlaya, evə yalnız lazım olan əşyaları apara bilərlər".

Ekspert bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, məktəbli çantasının ağırlığı uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır:

"Məsələn, çəkisi 40 kiloqram olan şagirdin çantası maksimum 4 kiloqram olmalıdır. Bu baxımdan elektron dərsliklərdən istifadənin genişləndirilməsi həm vacib, həm də faydalıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 225   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr