Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMASüni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir. Artıq insanlar yalnız yeni texnologiyaların yaratdığı imkanları deyil, həm də onların peşələrini əvəz edə biləcəyi ehtimalını düşünürlər. Bəziləri illərlə çalışaraq qazandıqları təcrübənin süni intellekt qarşısında dəyərini itirəcəyindən, digərləri isə yaxın gələcəkdə işsiz qala biləcəyindən narahatdır. Bu vəziyyət bir sıra insanlarda davamlı stress, gələcəklə bağlı qeyri-müəyyənlik və peşəkar güvənsizlik hissi yaradır.

İnsanlar özlərini texnologiya ilə rəqabət aparmaq məcburiyyətində hiss edir, yeni bacarıqlar öyrənməyin zəruriliyini anlayırlar. Bəs süni intellektin inkişafı həqiqətən insanların iş yerlərini əlindən alacaq? Bu qorxu nə dərəcədə əsaslıdır və texnoloji dəyişikliklər fonunda yaranan işsizlik narahatlığı insanların psixoloji vəziyyətinə necə təsir edir?
Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, cəmiyyətimizdə kimliyi peşə ilə eyniləşdirmək problemi var. Burada söhbət təkcə işsizlik qorxusundan getmir. Daha dərin psixoloji proses baş verir. Məsələn; "mən həkiməm, məm müəlliməm, mən vəkiləm və sairə kimi sahələrdə özü təsdiq edənlər üçün, peşə sadəcə gəlir mənbəyi deyil, həm sosial statusu, həm özünə hörməti və həm cəmiyyətdəki rolu kimi qəbul olunur. İndi isə süni intellekt bu peşələrin müəyyən funksiyalarını öz üzərinə götürməyə başlayandan insan bunu texnoloji dəyişiklik kimi deyil, öz şəxsiyyətinə, mövcudluğuna və dəyərinə qarşı təhlükə kimi qəbul etməyə başlayər. Buna psixologiyada "Peşəkar kimlik böhranı" deyilir. Bu gün bəzi işləri süni intellekt həyata keçirirsə, insanlar düşünür ki, sabah artıq bütün işləri süni intellekt əvəz edəcək və mən işsiz qalacam, heç kimə lazım olmayacam. Ehtimal ilə fakt qarışmağa və insan özünü süni intellekt ilə müqayisə etməyə başlayır. Bu səbəbdən də özünədəyər hissinin zədələnməsi baş verir. Biz hələ ki, texnologiyanın inkişafının hansı peşələri nə dərəcədə dəyişəcəyini dəqiq bilmirik.

Amma nəticədə insan hələ baş verməmiş hadisənin psixoloji əziyyətini indidən çəkir. Ümumiyyətlə, insan yalnız öz peşəsi üzrə deyil, əlavə bacarıqlara da sahib olmalıdır, özünü hər yaşda inkişaf etdirməlidir. Özünədəyər hissini peşədən ayırmalıdır, yəni peşə dəyişə bilər, amma insanın şəxsiyyəti tutduğu peşədən ibarət deyil. Gələcəyi proqnozlaşdırmağa çalışmaq əvəzinə, dəyişikliklərə uyğunlaşma qabiliyyətini inkişaf etdirmək lazımdır. Məqsəd hər şeyi bilmək deyil, yeni şəraitdə yeniliklər öyrənə bilməkdir. Bu məsələ ələxüsus ilk başda Azərbaycandakı dövlət məmurlarına aiddir. Çünki vəzifədən ayrıldıqdan sonra bir çox dövlət məmurunun hansı vəziyyətə düşdüyünün şahidi oluruq. Onların böyük əksəriyyəti vəzifə sahibi olublar, amma şəxsiyyət kimi formalaşa bilmədikləri üçün, vəzifədən ayrılanda dərin depressiya, ciddi təşviş pozuntuları, panik ataklar, psixosomatik simptomlar, özünədəyər hissinin itirilməsi və hətta infarkt kimi ağır sağlamlıq problemlərini dərin reallığı ortaya qoyurlar.

Bu insanlar çox zaman şəxsiyyətlərini vəzifələri ilə eyniləşdiriblər. Bu mənzərə isə cəmiyyətə, xüsusilə də sıravi vətəndaşlara ciddi psixoloji mesaj ötürür. İndi süni intellekt və robotlaşma ilə bağlı yaranan narahatlıqlar da bu qorxunu daha da gücləndirir. İnsan düşünür ki, əgər gələcəkdə peşəmi, işimi və sosial mövqeyimi itirsəm, mənim kimliyimdən nə qalacaq? İnsan tutduğu vəzifə ilə böyüyə bilər, peşəkar ola bilər, amma vəzifədən kənarda kim olduğunu bilmirsə, şəxsiyyət kimi hələ yetişməyib.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 264   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr